Telavidə (Gürcüstan) güclü yağışlar küçələri, yaşayış binalarının birinci mərtəbələrini, aptekləri və mağazaları su altında qoyub.
EDnews xəbər verir ki, "Sputnik Georgia"nın məlumatına görə, torpaq sürüşməsi iki küçəni birləşdirən körpünü dağıdıb və qaz və elektrik xətlərinə zərər vurub. Minlərlə müştəri qaz və elektrik enerjisiz qalıb.
Hadisə yerində təcili yardım briqadaları işləyir. Yol daş və palçıqdan təmizlənir. Zərərin qiymətləndirilməsi artıq başlayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ziyan əsasən yol infrastrukturuna təsir edib.








