Hacıqabul rayonunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 30-dan artıq şəxs xəsarət alıb.
EDnews APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Muğan kəndindən keçən hissəsində baş verib.
Məlumata görə, Zaqatala-Bakı istiqamətində hərəkətdə olan böyük tutumlu şəhərlərarası sərnişin avtobusu idarəetməni itirərək aşıb.
Qəza zamanı aralarında uşaqların da olduğu 30-dan çox sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar ilkin tibbi yardım göstərilməsi üçün Şirvan və Hacıqabul rayon xəstəxanalarına aparılır.








