Rusiyanın hərbi qüvvələri Donetsk vilayətində Pokrovsk istiqamətində yerləşən Qrişino şəhərinin böyük hissəsinə nəzarəti ələ keçirib.
Bu barədə EDnews hərbi mənbələrə və vəziyyəti izləyən analitiklərə istinadən məlumat verir.
Məlumata görə, şəhərdə ağır döyüşlər davam edir və Ukrayna qüvvələri hələ də bəzi mövqeləri saxlayır. Analitiklər hesab edirlər ki, Rusiya qoşunları Qrişinonu tam nəzarətə götürərsə, bu, Pokrovsk istiqamətində irəliləyiş üçün əlavə imkanlar yarada bilər.
Qrişino Pokrovsk yaxınlığında mühüm logistika məntəqələrindən biri hesab olunur və burada nəzarətin dəyişməsi cəbhədəki vəziyyətə təsir göstərə bilər. Müstəqil mənbələr hazırkı döyüş şəraitində məlumatları tam şəkildə təsdiqləyə bilmir.







