ABŞ ordusunun İrana hücumları nəticəsində Xuzistan vilayətində nasos stansiyasının mühafizəçisi həlak olub, yaralananlar var.
EDnews xəbər verir ki, bu barədə vilayət rəhbərliyinə istinadən "Fars" agentliyi məlumat yayıb.
"Bazar ertəsinə keçən gecə Amerika qoşunlarının həyata keçirdiyi hücum və Məhşəhr bölgəsindəki kənd təsərrüfatı nasos stansiyasına mərmi düşməsi nəticəsində bu kompleksin mühafizəçisi həlak olub, daha dörd nəfər yaralanıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, yaralılar xəstəxanaya yerləşdirilib.
Məlumat üçün bildirək ki, Məhşəhr Fars körfəzinin yaxınlığında yerləşir və neft-kimya sənayesinin mərkəzi kimi tanınır.







