Seulun Mərkəzi Dairə Məhkəməsi 2024-cü ilin dekabrın 3-də hərbi vəziyyət hadisələrinin təhqiqatı çərçivəsində Koreya Respublikasının keçmiş Prezidenti Yun Sok Yolun təkrarən həbs olunmasına dair qərar verib.
“EDnews” xəbər verir ki, hərbi vəziyyət dövründə baş vermiş hadisələrin təhqiqatına görə məsul olan xüsusi prokuror Ço In Sok iyunun 6-da müvafiq ərizə təqdim edib.
Keçmiş prezident beş əsas hüquq pozuntusunda şübhəli bilinir.
Xatırladaq ki, Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edəndən sonra hökumət ona impiçment elan etmişdi. Keçmiş prezident üsyanı təşkil etməkdə ittiham edilib və yanvarda həbs edilib.
Mart ayında Seul məhkəməsi Yun Sok Yolu həbsdən azad edib, lakin üsyan işinə baxmağa davam edib.