Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya kralı III Çarlzın gözündə qanaxma internet istifadəçilərinin narahatlığına səbəb olub.
“EDnews” xəbər verir ki, gözü qanla dolmuş monarx Fransa Prezidenti Emmanuel Makronun Böyük Britaniyaya rəsmi səfəri zamanı görüntülənib. Bukinqem sarayının adının açıqlanmasını istəməyən nümayəndəsi kralın gözündə sadəcə olaraq damarın partladığını söyləyərək ictimaiyyəti sakitləşdirib. O qeyd edib ki, bununla bağlı onun səhhətində heç bir problem yaranmayıb və xərçəng xəsətəliyindən əziyyət çəkməsi ilə bağlı deyil.
Qeyd olunur ki, tibbdə subkonyunktival qanaxma kimi tanınan gözdə qan damarının partlaması adətən narahatlığa səbəb olmur. Bu, məsələn, öskürək və ya asqırma nəticəsində təsadüfən baş verə bilər. Həkimlərin fikrincə, qızartı adətən bir-iki həftə ərzində öz-özünə yox olur.