İyunun 28-i axşam saatlarında Serbiyanın paytaxtı Belqradda tələbələrin etiraz aksiyaları keçirilib, ondan sonra iğtişaşlar başlayıb.
“EDnews” xəbər verir ki, iğtişaşlarda altı polis əməkdaşı və iki vətəndaş yaralanıb.
Bildirilir ki, Belqradda iki etiraz aksiyası keçirilib. Onlardan birini növbədənkənar seçki tələbi ilə tələbələr təşkil edib. Nümayişçilər əmrə tabe olmadığı üçün polis müdaxilə etməli olub. Onlarla etirazçı saxlanılıb.
Serbiya Prezidenti Aleksandar Vuçiçin sözlərinə görə, etirazlar xarici qüvvələrin hökuməti devirmək planının bir hissəsidir.