Yayda dönər yemək təhlükəlidir?

Sağlamlıq 20:37 29.06.2025

“Yay aylarında isti hava şəraiti ilə əlaqədar bir çox qida məhsulu kimi, dönər də daha tez xarab olur”.

“EDnews” xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında qida eksperti Asim Vəli söyləyib. O bildirib ki, isti hava bakteriyaların sürətlə çoxalması üçün ideal şərait yaradır:

“Dönər əsasən ət məhsulu olduğu üçün düzgün saxlanmadıqda və ya gigiyenik qaydalara əməl olunmadıqda sağlamlıq üçün ciddi risklər yarada bilər. Nəzərə almaq lazımdır ki, dönər özü-özlüyündə təhlükəli bir yemək deyil. Risk onun hazırlanma, saxlanma və təqdim olunma şəraitindən qaynaqlanır. Yayda havanın isti olması bakteriyaların, xüsusilə salmonella, e.coli və listeria kimi zərərli mikroorqanizmlərin daha sürətli çoxalmasına səbəb olur. Bu mikroorqanizmlər düzgün bişirilməmiş və ya saxlanılmamış ətlərdə rahatlıqla inkişaf edir. Dönər üçün istifadə olunan ət təzə olmalı, gigiyenik şəraitdə doğranmalı və qarışdırılmalıdır. Ət çiy halda çox uzun müddət açıq havada qalarsa, mikroorqanizmlər sürətlə çoxalır. Ət istehsaldan satışa qədər +4°C-dən yuxarı temperaturda saxlanılmamalıdır. Bu zəncir qırılsa, yəni ət qısa müddət belə olsa, isti şəraitdə qalsa, onun üzərində bakteriyalar əmələ gəlir”.

Ekspert aparatın da hər gün təmizlənməli olduğunu vurğulayıb. A.Vəli əlavə edib ki, ətin tam bişməsinə diqqət yetirmək lazımdır:

“Bəzən dönərin kənarları qızarır, amma içərisi çiy qalır. Bu da bakteriyaların yaşaması üçün əlverişli mühit yaradır. Dönəri hazırlayan şəxsin əl təmizliyi, əlcəkdən istifadə etməsi, öskürək və ya asqırıq zamanı maskadan istifadə etməsi vacibdir. Dönər satıcılar tərəfindən düzgün saxlanmazsa, yəni soyuducusuz şəraitdə uzun müddət saxlanarsa, qida zəhərlənməsinə səbəb ola bilər. Küçə dönərlərində gigiyena qaydaları çox zaman ciddi pozulur. Bu zaman salmonella və digər bakteriyalar orqanizmə keçə bilər”.

Mütəxəssis qeyd edib ki, dönəri yalnız güvəndiyiniz, gigiyena şəraiti olan yerlərdən almalıyq. Ətin tam bişdiyindən əmin olmalıyıq. İçi çiy qalmamalıdır. İsti havada dönər yedikdən sonra qarın ağrısı, ishal, ürəkbulanma kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət etməliyik.

Məzunlar niyə işsiz qalır?

Xəbər xətti

"Saxta "Telegram" kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır"
01:55 30.06.2025
İstanbulda dənizdə çimmək qadağan olundu
01:31 30.06.2025
Klublararası dünya çempionatı: "PSJ" "İnter Mayami"ni darmadağın etdi
01:08 30.06.2025
Qranada şəhərində Ərəb hökmranlığının izləri
00:33 30.06.2025
Məzunlar niyə işsiz qalır?
00:14 30.06.2025
Çin yeni silah yaradıb
23:59 29.06.2025
Nəm salfetlər təhlükəlidirmi?
23:44 29.06.2025
Milli Məclisin vitse-spikeri Pyotr Tolstoya cavab verdi: "Həyasız, insanlığa sığmayan açıqlamadır"
23:26 29.06.2025
Pakistanda güclü yağışlar fəlakət gətirdi -38 nəfər həlak oldu
23:11 29.06.2025
“ABŞ heç nə edə bilmədi, Tramp hər şeyi şişirdir”
22:56 29.06.2025
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu keçiriləcək
22:40 29.06.2025
Ukraynan Ottava Konvensiyasından çıxır
22:25 29.06.2025
SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi yanır
22:10 29.06.2025
Tehran metrosunda "Mossad" agenti tutuldu
21:55 29.06.2025
Təbrizdə partlayış baş verdi
21:40 29.06.2025
Makron ölkəmizdə avtoritar sistemi təşviq edir
21:25 29.06.2025
"İrana qarşı sanksiyaları ləğv edə bilərəm"
21:11 29.06.2025
"Messini sevirəm" - Bred Pitt etiraf etdi
20:52 29.06.2025
Yayda dönər yemək təhlükəlidir?
20:37 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
20:22 29.06.2025
Yunan mətbuatı Miçotakisi tənqid atəşinə tutdu
20:10 29.06.2025
"Ermənistanda baş verənlərə qarışmırıq"
19:55 29.06.2025
Pirşağı qəsəbəsində baş verən yanğın söndürüldü -YENİLƏNİB
19:40 29.06.2025
Serbiyadakı etirazlar böyüyür: Onlarla saxlanılan var
19:37 29.06.2025
İyulun bəxtəvər bürcləri -Ulduzlar İyul ayı üçün nə deyir?
19:23 29.06.2025
Neft qiymətləri necə dəyişəcək? -Ekspert danışdı
19:08 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirildi
18:51 29.06.2025
Rusiya Ukraynada yaşayış binalarını vurdu
18:50 29.06.2025
Xəzərdə meyit tapılıb
18:45 29.06.2025
"Faşist Putin hakimiyyətini pisləyirik"
18:35 29.06.2025
Ən optimal yuxu pozası hansıdır?
18:22 29.06.2025
Bu markalı tozsoranlar partlayış təhlükəsi səbəbindən geri toplanılır
18:07 29.06.2025
"Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdir"
17:53 29.06.2025
Böyük Britaniya tarixində ən böyük kokain partiyalarından biri müsadirə edildi
17:38 29.06.2025
"Klublararası dünya çempionatı indiyə qədər reallaşdırılmış ən pis ideyadır"
17:24 29.06.2025
Keyt Middleton ölümlə üz-üzəymiş
17:09 29.06.2025
Messi "PSJ"-dəki karyerasından danışdı: "Zövq almadığım iki il oldu..."
16:48 29.06.2025
Son bir ildə 64 məktəb bağlanıb -Ekspertlər nə düşünür?
16:33 29.06.2025
Sabah bəzi rayonlarda ildırım çaxacaq -Sabahın Hava Proqnozu
16:18 29.06.2025
NATO ölkələri bir ilə ABŞ silahlarına 21 milyard xərcləyib
16:03 29.06.2025
Hamısı