İngiltərənin "Liverpul" komandasının keçmiş baş məşqçisi Yurgen Klopp hazırda ABŞ-də keçirilən klublararası dünya çempionatını tənqid edib.
“EDnews” xəbər verir ki, alman mütəxəssisin fikrincə, klublararası dünya çempionatı futbolda indiyə qədər həyata keçirilən ən pis ideyadır.
"Bu oyuna heç vaxt aidiyyəti olmayan insanlar belə fikirlər irəli sürürlər. Qorxuram ki, gələn mövsüm futbolçular indiyə qədər görülməmiş zədələr alsınlar. Bu yarış münasib olmayan vaxtda və yanlış səbəblər üzrə keçirilir".