Böyük Britaniya sərhədçiləri tarixdə ən böyük kokain partiyalarından birini müsadirə ediblər.
“EDnews” xəbər verir ki, söhbət Panamadan İngiltərəyə gələn 2,4 ton kokaindən gedir. "London Gateway" limanında Panama gəmisində konteynerlərin altından 132 milyon dollar dəyərində narkotik aşkar edilib.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, bu, tarixdə altıncı ən böyük kokain müsadirəsidir. Qəzet Milli Cinayət Agentliyinə istinadən qeyd edir ki, Böyük Britaniyanın kokain bazarı Avropanın ən böyük narkotik bazarlarından biridir.