Fransanın tanınmış "Silvercrest" elektrikli tozsoranlarında istehsal xətası aşkarlanıb.
“EDnews” xəbər verir ki, istehsal xətası Fransanın bütün ərazisində satılan "Silvercrest" elektrikli tozsoranlarında təsbit edilib.
İstehsal xətasının partlayışa və yanğına səbəb ola biləcəyi qeyd edilir.
Bu səbəbdən sözügedən tozsoranların geri toplanmasına qərar verilib.
Müştərilər aldıqları məhsulları bu il avqustun 28-dək satış nöqtələrinə geri qaytarmalıdırlar.