Polşada Qleboka kompleksindəki Dravsko döyüş təlim mərkəzində amerikalı hərbçilər üçün yeni düşərgə hazırlanıb.
“EDnews” xəbər verir ki , bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
Düşərgənin tikintisi milli fondlar və NATO-nun Təhlükəsizlik İnvestisiya Proqramı (NSIP) tərəfindən maliyyələşdirilib.
Kompleks NATO standartlarına uyğun olaraq 2500 əsgərin qısamüddətli yaşayış yeri ilə təmin etmək gücünə malikdir.
Fatimə Mərdanlı // EDnews