ABŞ hələ də Beril qasırğasının təsirindən çıxa bilmir.
Ednews CNN-ə istinadən xəbər verir ki, Hustonda bəzi evlər Beril qasırğasının ərazini dağıtmasından sonra üç gün elektriksiz qalıb. Artıq üç gündür ki, havanın temperaturu 38 dərəcədən yuxarı olarkən insanlar kondisionerlərdən istifadə edə bilmirlər.
"PugHearts of Huston" şirkətinin baş direktoru Kindi Rotermal, CNN-ə bildirib ki, hətta bir çox insanlar istilər səbəbindən digər bölgələrdəki otellərə üz tuturlar, lakin hər kəsin maddi baxımdan bu imkanı yoxdur.
“Bizim bir çoxumuz günlərdir işıqsız qalmışıq. İstilik olduqca dözülməz hala gəlib."- K. Rotelmar deyib.
A. Mikayıl