Bakıda süni intellekt üzrə yeni mərkəz YARADILIR

Bakıda süni intellekt üzrə yeni mərkəz <span class="text-danger">YARADILIR</span>

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “Polygraf AI” startapı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

EDnews xəbər verir ki, əməkdaşlığın əsas məqsədi Azərbaycanın innovasiya və rəqəmsal inkişaf ekosisteminin gücləndirilməsi, süni intellekt texnologiyalarının təhlükəsiz və məsuliyyətli tətbiqinin təşviqi, yerli istedadların inkişaf etdirilməsi, həmçinin qlobal bazarlarda rəqabət aparmaq potensialına malik texnologiya şirkətlərinin formalaşmasına dəstək göstərilməsidir. Əməkdaşlıq Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının məqsəd və prioritetlərinə, habelə Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planına uyğun olaraq həyata keçiriləcək.

Memorandum çərçivəsində Bakıda Mərkəzi Asiya və Yaxın Şərq regionlarına xidmət göstərəcək regional Mükəmməllik Mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəzin mühəndislik, məhsul hazırlanması və texnoloji həllərin tətbiqi üzrə regional platforma kimi fəaliyyət göstərməsi, daha sonra isə texnologiya, mühəndislik və kibertəhlükəsizlik sahələrində ixtisaslaşmış yerli komandanın formalaşdırılması planlaşdırılır.

Uzunmüddətli tərəfdaşlıq Azərbaycanın rəqəmsal transformasiya gündəliyinə dəstək göstərməyi, “Polygraf AI”ın texnologiya və təcrübəsinin milli innovasiya ekosisteminin gücləndirilməsində tətbiqi imkanlarını araşdırmağı, eləcə də Azərbaycanın məsuliyyətli süni intellekt üzrə regional mərkəz kimi mövqeyinin möhkəmləndirilməsini əhatə edir.

Əməkdaşlıq çərçivəsində süni intellekt, maşın öyrənməsi, məlumatların məxfiliyi, kibertəhlükəsizlik və süni intellektin idarə olunması sahələrində yerli insan kapitalının inkişafına xüsusi diqqət yetiriləcək. Bu istiqamətdə texnoparklar, ali təhsil müəssisələri və Azərbaycan İnnovasiya Mərkəzi ilə əməkdaşlıq əsasında təlim proqramlarının, vörkşopların, masterklasların, mentorluq və təcrübə proqramlarının, eləcə də bilik və təcrübə mübadiləsi təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Polygraf AI azərbaycanlı sahibkar Yaqub Rəhimov tərəfindən təsis edilmiş süni intellekt təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq startapdır. Şirkət dövlət qurumlarına və biznes subyektlərinə süni intellektdən təhlükəsiz istifadə etməyə, məxfi məlumatların qorunmasına, kibertəhdidlərin qarşısının alınmasına və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə imkan verən texnologiyalar hazırlayır.
Hazırda Polygraf AI həlləri dünyanın müxtəlif ölkələrində dövlət, maliyyə və korporativ sektorlarda tətbiq olunur. Şirkət Fortune 500 siyahısına daxil olan korporasiyalar da daxil olmaqla beynəlxalq texnologiya tərəfdaşları və təşkilatlarla əməkdaşlıq edir. Onun hazırladığı texnoloji həllər Gartner, IDC, Omdia və Frost & Sullivan kimi aparıcı beynəlxalq analitik şirkətlər tərəfindən tanınıb.
Son illərdə startap bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olub, milyonlarla dollar həcmində investisiya cəlb edib və süni intellekt təhlükəsizliyi sahəsində ən perspektivli şirkətlərdən biri kimi qiymətləndirilir.

İRİA ilə Polygraf AI arasında Anlaşma Memorandumu həmçinin Azərbaycanın startap və texnologiya ekosisteminin inkişafının dəstəklənməsini, texnopark rezidentləri, startaplar və innovatorlarla əməkdaşlığın genişləndirilməsini, tətbiqi süni intellekt və dərin texnologiyalar sahəsində sahibkarlıq ətrafında yerli icmanın formalaşdırılmasını ehtiva edir.

Tərəflər süni intellekt, süni intellekt təhlükəsizliyi və idarəçiliyi, məlumatların məxfiliyi, saxta və sintetik məzmunun aşkarlanması, eləcə də digər yeni texnologiyalar üzrə birgə fəaliyyət imkanlarını araşdıracaqlar. Bu fəaliyyətə Azərbaycanın dövlət və özəl sektorunun ehtiyaclarına uyğun pilot layihələrin, konsepsiyanın təsdiqi layihələrinin və tətbiqi tədqiqatların həyata keçirilməsi daxildir.

Əməkdaşlığın digər istiqaməti Azərbaycan texnologiya diasporunun təcrübə və beynəlxalq əlaqələrindən istifadə etməklə ölkənin innovasiya ekosistemi ilə dünyanın aparıcı innovasiya mərkəzləri arasında əlaqələrin gücləndirilməsidir. Bu çərçivədə mentorluq, investisiyaların cəlb edilməsi, qabaqcıl bilik və təcrübənin Azərbaycana ötürülməsi üçün yeni imkanların yaradılması nəzərdə tutulur.

Memoranduma əsasən, İRİA tərəfindən hazırlanmış və ya koordinasiya olunan rəqəmsal məhsul və xidmətlərin beynəlxalq bazarlarda təşviqi və kommersiyalaşdırılması istiqamətində də əməkdaşlıq ediləcək. “Polygraf AI” və İRİA-nın strateji əməkdaşlıq əlaqələrinin mövcud olduğu ölkələrdə, xüsusilə Afrika bazarlarında Azərbaycanın rəqəmsal həllərinin bazara çıxışının asanlaşdırılması, kommersiya tərəfdaşlıqlarının qurulması və yeni əməkdaşlıq imkanlarının yaradılması planlaşdırılır.

Bu istiqamətdə ekosistem daxilində fəaliyyətin koordinasiyası, dövlət qurumları və özəl sektor nümayəndələri ilə əlaqələrin yaradılması, B2B və B2G görüşlərinin təşkili, ticarət və investisiyaların təşviqi tədbirləri, eləcə də Azərbaycan rəqəmsal məhsullarının qlobal əhatə dairəsinin genişləndirilməsinə xidmət edən digər təşəbbüslərin reallaşdırılması nəzərdən keçiriləcək.

Qeyd edək ki, imzalanmış Anlaşma Memorandumu Azərbaycanda süni intellekt və dərin texnologiyalar sahəsində yerli potensialın gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və ölkənin regional innovasiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Xəbər xətti

II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
16:58
FİFA-dan “Səbail”ə QADAĞA
16:44
Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK
16:38
Azərbaycanla Rusiya bir sıra istiqamətlər üzrə birbaşa reysləri bərpa edir
16:18
Flora Kərimovanın SON DURUMU AÇIQLANDI
16:15
Ceyhun Bayramovdan Bakı-Moskva münasibətləri ilə bağlı AÇIQLAMA: "Gərgin mərhələ geridə qaldı"
16:11
Azərbaycan XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri AÇIQLADI
15:56
Sabiq mer BAŞ NAZİR OLDU
15:51
Azərbaycan və Rusiya XİN-ləri arasında YENİ SƏNƏD İMZALANIB
15:47
ABŞ-nin zərbələri Bəndər-Abbas dəmir yolunu sıradan çıxartdı
15:39
“Qarabağ”ın oyununun yeri DƏYİŞDİ
15:34
Türkiyədə Trampa qarşı hazırlanan sui-qəsdlə bağlı YENİ FAKTLAR
15:24
Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin danışıqlar aparıblar - YENİLƏNİB
15:23
Suriyadan İranla bağlı TƏKZİB
15:12
Sabahdan 525 marşrutları olmayacaq - ONUN ƏVƏZİNƏ...
15:01
Əvvəllər məhkum olan şəxs yenidən SAXLANILDI
14:53
“Qarabağ”ın Bolqarıstan klubu ilə oyunlarının başlama saatı BƏLLİ OLDU
14:42
150-dən çox qoyunu oğurladı - MƏHKƏMƏ ANLAQSIZ SAYDI
14:38
Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət edib - FOTO
14:32
Bakıda bu məktəb sökülərək yenidən TİKİLİR
14:28
Uqandada məktəb avtobusu aşdı: Çox sayda uşaq öldü
14:06
İspaniyada meşə yanğını 12 min hektar sahəyə çatıb
14:00
"IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq media diplomatiyasını gücləndirir" - MİLLƏT VƏKİLİ
14:00
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
13:52
İsrail parlamenti özünü buraxdı
13:42
Bakıda keçiriləcək U-17-yə bilet satışına başlanıldı
13:25
Küləkli havada hansı çimərliklər DAHA TƏHLÜKƏLİDİR?
13:17
Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ
12:50
ANAMA Bakıda brifinq keçirdi - YENİLƏNDİ
12:50
ABŞ-nin İrana zərbəsi nəticəsində ÖLƏN VƏ YARALANANLARIN SAYI AÇIQLANDI
12:49
“Koroğlu”dan Sea Breeze-ə yeni ekspres xətt açılır
12:43
Kambocanın Baş naziri Azərbaycana səfərə gələcək
12:34
Rusiya Odessaya raket zərbəsi endirib - ÖLƏN VƏ YARALANANLAR VAR
12:31
Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb
12:21
Şuşada Aşıq Ələsgərə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
12:18
DÇ-2026 final oyununun baş hakimi BƏLLİ OLDU - FOTO
12:03
“Babala TV”nin təsisçisi Oğuzhan Uğur SAXLANILDI
11:59
Bilgəh çimərliyində meyit TAPILDI
11:54
Zelenski Azərbaycanəsilli bu məmuru işdən çıxardı - FOTO
11:48
Prezident İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
11:45
Prezident Omanın yeni səfirinin etimadnaməsini qəbul edib
11:37
Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:33
Çindən alınan yeni rentgen cihazları mina axtarışını asanlaşdıracaq - ANAMA
11:31
Görmə məhdudiyyətli namizəd MİQ-də topladığı balla TƏƏCCÜBLƏNDİRDİ
11:27
ANAMA: Ermənistanın təqdim etdiyi mina xəritələrinin cəmi 25%-i etibarlı olub
11:22
Oman sahillərində tankerə HÜCUM EDİLDİ
11:19
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
11:13
Qazaxın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatları icra olunub - Sədr
11:10
Azad edilmiş ərazilərdə 255 200 mina zərərsizləşdirilib
11:04
Bakıda süni intellekt üzrə yeni mərkəz YARADILIR
11:00
Gəncə və Samuxda yas mərasimlərində zəhərlənənlərin SAYI ARTIB
10:53
Qaz ödənişləri ilə bağlı YENİLİK
10:42
Azərbaycan neftinin qiyməti BAHALAŞDI
10:39
Xankəndidə ev yanıb
10:34
SEPAH ABŞ-nin radar sistemlərinə ZƏRBƏLƏR ENDİRİB
10:26
“Azərbaycan-Slovakiya münasibətləri yeni inkişaf mərhələsindədir” - RƏY
09:51
Azərbaycan UEFA reytinqində İLK PİLLƏDƏ QƏRARLAŞIB
09:35
Nyu-York birjasında təbii qaz BAHALAŞDI
09:29
“Brent” neftinin qiyməti 85 dolları ÖTÜB
09:21
Fransa 2029-cu ildən sursat istehsalını bərpa edəcək
09:11
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR