Azərbaycan XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri AÇIQLADI

Azərbaycan XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri <span class="text-danger">AÇIQLADI</span>

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

EDnews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər Azərbaycan-Rusiya ikitərəfli gündəliyini, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Tərəflər iki ölkə arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.

Müzakirələrdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti və Azərbaycan-Rusiya Biznes Şurasının rolu da daxil olmaqla, iqtisadi və ticarət əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə diqqət yetirilib.

Qeyd olunub ki, nəqliyyat əlaqələrinin və regional nəqliyyat layihələrinin inkişafı yalnız iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmlənməsinə xidmət edir.

Nazirlər, həmçinin, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin, multimodal daşımaların genişləndirilməsinin və logistika marşrutlarının səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlar arasında təmasların, akademik və gənclər mübadilələrinin təşviqi məsələləri də müzakirə olunub.

Xəzər dənizində ekoloji vəziyyətə, o cümlədən su səviyyəsinin azalmasından irəli gələn çağırışlara diqqət çəkilib və bu istiqamətdə əməkdaşlığın vacibliyi vurğulanıb.

Nazirlər regional və beynəlxalq gündəmdə duran aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Cənubi Qafqazdakı vəziyyətə toxunan nazir Ceyhun Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqlar beynəlxalq hüququn prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslanır.

Qeyd edilib ki, Azərbaycanın sülh gündəliyinə sadiqliyi, konstruktiv təşəbbüsləri və etimad quruculuğu istiqamətində atdığı addımlar normallaşma prosesinin irəliləməsinə mühüm töhfə verib.

Görüşdə Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Sülh və sabitliyin təmin edilməsində diplomatik dialoqun, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı nazirlər tərəfindən imzalanıb.

Xəbər xətti

II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
16:58
FİFA-dan “Səbail”ə QADAĞA
16:44
Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK
16:38
Azərbaycanla Rusiya bir sıra istiqamətlər üzrə birbaşa reysləri bərpa edir
16:18
Flora Kərimovanın SON DURUMU AÇIQLANDI
16:15
Ceyhun Bayramovdan Bakı-Moskva münasibətləri ilə bağlı AÇIQLAMA: "Gərgin mərhələ geridə qaldı"
16:11
Azərbaycan XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri AÇIQLADI
15:56
Sabiq mer BAŞ NAZİR OLDU
15:51
Azərbaycan və Rusiya XİN-ləri arasında YENİ SƏNƏD İMZALANIB
15:47
ABŞ-nin zərbələri Bəndər-Abbas dəmir yolunu sıradan çıxartdı
15:39
“Qarabağ”ın oyununun yeri DƏYİŞDİ
15:34
Türkiyədə Trampa qarşı hazırlanan sui-qəsdlə bağlı YENİ FAKTLAR
15:24
Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin danışıqlar aparıblar - YENİLƏNİB
15:23
Suriyadan İranla bağlı TƏKZİB
15:12
Sabahdan 525 marşrutları olmayacaq - ONUN ƏVƏZİNƏ...
15:01
Əvvəllər məhkum olan şəxs yenidən SAXLANILDI
14:53
“Qarabağ”ın Bolqarıstan klubu ilə oyunlarının başlama saatı BƏLLİ OLDU
14:42
150-dən çox qoyunu oğurladı - MƏHKƏMƏ ANLAQSIZ SAYDI
14:38
Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət edib - FOTO
14:32
Bakıda bu məktəb sökülərək yenidən TİKİLİR
14:28
Uqandada məktəb avtobusu aşdı: Çox sayda uşaq öldü
14:06
İspaniyada meşə yanğını 12 min hektar sahəyə çatıb
14:00
"IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq media diplomatiyasını gücləndirir" - MİLLƏT VƏKİLİ
14:00
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
13:52
İsrail parlamenti özünü buraxdı
13:42
Bakıda keçiriləcək U-17-yə bilet satışına başlanıldı
13:25
Küləkli havada hansı çimərliklər DAHA TƏHLÜKƏLİDİR?
13:17
Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ
12:50
ANAMA Bakıda brifinq keçirdi - YENİLƏNDİ
12:50
ABŞ-nin İrana zərbəsi nəticəsində ÖLƏN VƏ YARALANANLARIN SAYI AÇIQLANDI
12:49
“Koroğlu”dan Sea Breeze-ə yeni ekspres xətt açılır
12:43
Kambocanın Baş naziri Azərbaycana səfərə gələcək
12:34
Rusiya Odessaya raket zərbəsi endirib - ÖLƏN VƏ YARALANANLAR VAR
12:31
Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb
12:21
Şuşada Aşıq Ələsgərə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
12:18
DÇ-2026 final oyununun baş hakimi BƏLLİ OLDU - FOTO
12:03
“Babala TV”nin təsisçisi Oğuzhan Uğur SAXLANILDI
11:59
Bilgəh çimərliyində meyit TAPILDI
11:54
Zelenski Azərbaycanəsilli bu məmuru işdən çıxardı - FOTO
11:48
Prezident İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
11:45
Prezident Omanın yeni səfirinin etimadnaməsini qəbul edib
11:37
Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:33
Çindən alınan yeni rentgen cihazları mina axtarışını asanlaşdıracaq - ANAMA
11:31
Görmə məhdudiyyətli namizəd MİQ-də topladığı balla TƏƏCCÜBLƏNDİRDİ
11:27
ANAMA: Ermənistanın təqdim etdiyi mina xəritələrinin cəmi 25%-i etibarlı olub
11:22
Oman sahillərində tankerə HÜCUM EDİLDİ
11:19
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
11:13
Qazaxın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatları icra olunub - Sədr
11:10
Azad edilmiş ərazilərdə 255 200 mina zərərsizləşdirilib
11:04
Bakıda süni intellekt üzrə yeni mərkəz YARADILIR
11:00
Gəncə və Samuxda yas mərasimlərində zəhərlənənlərin SAYI ARTIB
10:53
Qaz ödənişləri ilə bağlı YENİLİK
10:42
Azərbaycan neftinin qiyməti BAHALAŞDI
10:39
Xankəndidə ev yanıb
10:34
SEPAH ABŞ-nin radar sistemlərinə ZƏRBƏLƏR ENDİRİB
10:26
“Azərbaycan-Slovakiya münasibətləri yeni inkişaf mərhələsindədir” - RƏY
09:51
Azərbaycan UEFA reytinqində İLK PİLLƏDƏ QƏRARLAŞIB
09:35
Nyu-York birjasında təbii qaz BAHALAŞDI
09:29
“Brent” neftinin qiyməti 85 dolları ÖTÜB
09:21
Fransa 2029-cu ildən sursat istehsalını bərpa edəcək
09:11
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR