FIFA ABŞ milli komandasının iki əməkdaşını Dünya Çempionatının Belçikaya qarşı 1/8 final oyunu öncəsi intizam tədbiri çərçivəsində komandadan uzaqlaşdırıb.
EDnews xəbər verir ki, qurumun qərarına əsasən, komanda meneceri Sem Zapatka və ABŞ Futbol Federasiyasının təhlükəsizlik üzrə vitse-prezidenti Frank Pannell Belçikaya qarşı keçirilən görüşdə texniki zonada yer ala bilməyiblər.
FIFA intizam tədbirinin səbəbi ilə bağlı rəsmi açıqlama verməyib.
ABŞ Futbol Federasiyası (USSF) isə qərarın hücumçu Folarin Baloqanın bir oyunluq qırmızı vərəqə cəzasının ləğvi ilə bağlı uğurlu apellyasiya prosesi ilə əlaqəsi olmadığını bildirib.
Sem Zapatka 2020-ci ildən ABŞ millisinin komanda meneceri, 2015-ci ildən isə ABŞ Futbol Federasiyasının əməkdaşıdır.
Qeyd edək ki, ABŞ millisi DÇ-ni 1/8 final mərhələsində Belçikaya 1:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.







