Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman karyerasını Türkiyədə davam etdirə bilər.
"EDnews" xəbər verir ki, "Fənərbağça" və "Qalatasaray" 29 yaşlı vingerlə maraqlanır.
İstanbul təmsilçiləri yayda fransalı oyunçunu heyətinə qatmaq istəyirlər. Hətta "Fənərbağça" oyunçu ilə ilkin danışıqlara da start verib.
Qeyd edək ki, 2024/2025 mövsümündə Münhen təmsilçisində 44 oyuna çıxan Koman 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.