Afrika ölkələri ABŞ və Avropa İttifaqının maliyyə dəstəyini azaltması səbəbindən meymunçiçəyi epidemiyasının qarşısını almaqda çətinlik çəkirlər.
“EDnews” xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) məlumat yayıb.
Bildirilir ki, regionda 10-dan çox ölkə zəif səhiyyə sistemi səbəbindən virusla mübarizəyə tam hazır deyil.
2025-ci ildə 13 Afrika ölkəsində 21 mindən çox meymunçiçəyi hadisəsi qeydə alınıb ki, bu da 2024-cü ilin (19.7 min) ümumi göstəricisini ötür. Təşkilat nümayəndəsi Nqaşi Nqonqo dekabra qədər xəstəlik hallarının iki dəfə artacağını proqnozlaşdırıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Afrika üzrə meymunçiçəyi epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.