Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanı məhdud) uşaqların I sinfə qəbul prosesi ilə bağlı yeni məlumatlar paylaşılıb.
EDnews xəbər verir ki, bu barədə məlumat Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilib.
Bildirilib ki, belə uşaqların məktəbə qəbul olunması üçün valideynlər yaşadıqları ərazi üzrə yerli təhsil idarəsinə müraciət etməlidirlər.
Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, uşağın sağlamlıq imkanlarının məhdud olması və xüsusi təhsilə yönləndirilməsi yalnız rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyasının qərarı əsasında həyata keçirilə bilər.
Şəms Qasımlı // EDnews