Mayın 3-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir.
Ednews xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş direktoru Gert Jan Koopman, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa İttifaqına üzv dövlətlərin ölkəmizdəki səfirləri iştirak edirlər.
Eyni zamanda tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu də iştirakçılar arasındadır.
Hazırda tədbir davam edir...