Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?

Elm və texnologiya 12:35 25.06.2025

Sosial media platformaları və mesajlaşma tətbiqləri artıq sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ölümcül casusluq alətlərinə çevrilir. İsrailin İranlı komandirlərə qarşı keçirdiyi əməliyyatlarda "WhatsApp” üzərindən göndərilən saxta mesajlarla cihazlara sızıldığı, hədəflərin yerini və hətta otaqlarını dəqiqliklə müəyyənləşdirdiyi iddia olunur. Fiziki hücumlarla eyni vaxtda həyata keçirilən bu rəqəmsal hücumlar, klassik casusluğun sərhədlərini aşan yeni bir nəzarət dövrünü işə salır. Artıq kəşfiyyat xidmətləri sahədə deyil, cibimizdədir.

Yeni casusluq dövrü: nümayiş olunan məxfilik

“EDnews” xəbər verir ki,  artıq gizli əməliyyatlar illər sonra deyil, dərhal videolar və sosial media vasitəsilə nümayiş etdirilir. "Mossad”ın əməliyyat görüntüləri də bilərəkdən aşağı keyfiyyətlə paylaşılaraq diqqət çəkməyə çalışılır.

Əvvəllər casusluq illər sonra kitablarla və ya filmlərlə gündəmə gəlirdisə, indi məlumatlar bir smartfon kamerası qədər yaxın məsafədədir. Ukraynanın Rusiyadakı hədəflərə dron hücumlarının videoları, İsrailin Hizbullah mövqelərinə zərbələri və ABŞ-ın hərbi əməliyyatları artıq real vaxtda izlənilir və sosial media vasitəsilə geniş yayımlanır.

Qısa müddətli siyasi qazanc naminə risklər

ABŞ-ın sabiq yüksək vəzifəli kəşfiyyatçısı Norman Roul bu cür əməliyyatların təkcə hərbi deyil, həm də diplomatik və psixoloji təsir yaratmaq məqsədi daşıdığını bildirərək xəbərdarlıq edir: "Qısa müddətli siyasi qazanc üçün həyata keçirilən bu kritik əməliyyatlar dəyərli resursları təhlükəyə atır".

King’s College London Universitetindən ekspert Ofer Fridman isə əlavə edir: "Artıq hökumətlər informasiya məkanını idarə etmirlər, yalnız onun içində istiqamət axtarırlar".

 Sızıntılar və rəqəmsal risklər

Arxivlərin rəqəmsallaşması, məlumat sızmalarını daha real təhlükəyə çevirib. Edvard Snouden və Cek Teyşeyra kimi şəxslər vasitəsilə ictimaiyyətə ötürülən gizli sənədlər, kəşfiyyat qurumlarında dərin sarsıntılar yaradıb.

İranın yüksək səviyyəli mülki və hərbi rəhbərliyinə telefon və digər cihazlardan istifadə etməmək tapşırılıb. Yeraltı obyektlərə çəkilmələri əmr olunub. İctimaiyyət şübhəli şəxslər və nəqliyyat vasitələri barədə məlumat verməyə çağırılır. Ölkədə internetin demək olar ki, kəsildiyi, beynəlxalq zənglərin qarşısının alındığı bildirilir.

İran prezidenti Məsud Pezeşkianın kommunikasiya direktoru Əli Əhmədiniyə bildirib ki, internetin bağlanması, onun təhlükəsizliyini qorumağa xidmət edir.

Mərmərə Universitetinin professoru, kiber təhlükəsizlik üzrə mütəxəssis Əli Murad Kırık bildirib ki, artıq gizli anlayışı dəyişib. O qeyd edib ki, İsrailin İran daxilindəki əməliyyatları təkcə hərbi müdaxilə deyil, həm də psixoloji üstünlük strategiyasıdır.

Professor Kırıkın sözlərinə görə, artıq bir əməliyyatın nə qədər uğurlu olduğundan daha çox, onun ictimaiyyətə necə təqdim olunduğu əhəmiyyət kəsb edir. O əlavə edib ki, bu dəyişiklik kəşfiyyat dünyasında ciddi bir paradigma dəyişikliyini göstərir: "Artıq kəşfiyyat xidmətləri yalnız kəşf məlumatı toplamaqla kifayətlənmir, onlar eyni zamanda strateji kommunikasiya qurumları kimi də fəaliyyət göstərirlər".

İnformasiya silaha çevrilib

Casus əməliyyatlarının sosial mediada anlıq paylaşılması müharibənin vizual şouya çevrilməsinə səbəb olur. Bu, xüsusilə gənc nəsillər üzərində təsir yaradır. Professor Kırık bildirib: "Sosial media, müharibələrin leqitimliyini müəyyənləşdirməkdə diplomatik bəyanatlardan daha təsirli hala gəlib. Bu da informasiya savaşlarının əhəmiyyətini artırır".

Gələcəyin yox, bugünün reallığı: Kiber-müharibə

Professor Kırık kiber hücumların hələ tam potensialını göstərmədiyini vurğulayıb. Gələcəkdə enerji, su, səhiyyə və nəqliyyat sistemlərinə ediləcək hücumların ciddi nəticələr doğura biləcəyini qeyd edib. O əlavə edib: 

"Süni intellektlə dəstəklənən "deepfake" texnologiyalar vasitəsilə liderlərin saxta bəyanatlarla manipulyasiyası da psixoloji savaşın yeni silahı ola bilər".

Paris Şuşada təslim oldu

Xəbər xətti

Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
15:21 25.06.2025
Baydenin əvəzinə sənədlərə o imza atırmış
15:06 25.06.2025
FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı
14:51 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:36 25.06.2025
"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
12:58 25.06.2025
Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?
12:35 25.06.2025
Günəşdəki partlayışlar 72 saat ərzində planetdə iqlim cəhənnəmi yarada bilər
12:28 25.06.2025
" İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir"
12:25 25.06.2025
İrlandiyada "ilah kral" mifi təkzib olundu
12:08 25.06.2025
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb
12:02 25.06.2025
Ermənistan höküməti ilə erməni kilsəsi arasında gərginlik səngimir
11:46 25.06.2025
Şahzadə Harri ailəsiylə barışır
11:25 25.06.2025
Britaniya ABŞ-dən F-35A qırıcısı alacaq
11:09 25.06.2025
Daşınmaz əmlak nədir və hansı növləri var?
10:52 25.06.2025
"ABŞ bazasına zərbə Qətərin suverenliyini pozmaq məqsədi daşımırdı"
10:43 25.06.2025
Çin lideri BRİCS sammitində iştirak etməyəcək
10:42 25.06.2025
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
10:38 25.06.2025
Messidən daha bir unikal nəticə -33-cü dəfə...
10:15 25.06.2025
İran məhsulları bahalaşacaq?
10:07 25.06.2025
"İranın nüvə obyektləri məhv edilməyib"
09:27 25.06.2025
Beş ölkə Rusiya ilə sərhəddi minalayacaq
09:16 25.06.2025
İsmayıl Qaaninin ölüm xəbəri təkzib edildi
09:01 25.06.2025
"Azərbaycanı vura bilərik" -Fars ekspertdən sərsəm iddia
08:55 25.06.2025
Azərbaycan Məktəblərində Çin dilinin tədris oluna bilər
08:40 25.06.2025
"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Hamısı