"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"

Cəmiyyət 14:36 25.06.2025

Milli Məclis Qeyri-Hökumət Təşkilatları  (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələr müəyyənləşməsini ilk oxunuşda qəbul edib. Qanun xüsusilə xarici maliyyə mənbələri hesabına göstərilən xidmətlər və görülən işlərlə bağlı müqavilələrin qeydiyyata alınmaması və ya qeydiyyatsız fəaliyyət göstərilməsi hallarına qarşı sərt maliyyə sanksiyalarını əhatə edir. 

Qeyd edək ki, bu addım, QHT sektorunda şəffaflığın artırılması və hüquqi tənzimləmələrin gücləndirilməsi məqsədi daşıyır.

“EDnews” xəbər verir ki, mövzu ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Crossmedia.az-a açıqlama verib.

umud-m.jpg

U.Mirzəyev bildirib ki, Milli Məclisdə qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələrin müəyyənləşdirilməsi, ümumilikdə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin daha şəffaf və məsuliyyətli şəkildə təşkil olunmasına yönəlmiş bir addım kimi dəyərləndirilə bilər:

“QHT-lərin fəaliyyətini məhdudlaşdırmaq əvəzinə, bu cür normativ təşəbbüslər onların daha sistemli və etibarlı tərəfdaş kimi çıxış etməsinə şərait yarada bilər. Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil, məsuliyyətli fəaliyyətin təşviqinə yönəlmiş addımdır. Lakin bu, yalnız o halda mümkündür ki, tənzimləyici yanaşma inzibati cəza ilə məhdudlaşmasın, eyni zamanda maarifləndirmə, texniki dəstək və açıq dialoqla müşayiət olunsun. Son dövrlərdə Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin və Maliyyə Monitorinqi Xidmətinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla bağlı keçirdiyi birgə təlimlər bu baxımdan təqdirəlayiqdir. 

Bu təşəbbüslər göstərir ki, dövlət strukturları QHT sektorunun hüquqi savadlılığının artırılmasına və mövcud tələblərin izahına önəm verir. Qanunların tələbləri nə qədər vacibdirsə, onların icrası prosesində qurulan kommunikasiyanın forması və keyfiyyəti də bir o qədər əhəmiyyətlidir. Bu dəyişikliklərin uğuru, dövlət və vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı etimada əsaslanan, şəffaf və davamlı dialoqun güclənməsi ilə birbaşa bağlı olacaqdır. Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq biz bu prosesi vətəndaş cəmiyyətinin təhlükəsiz və davamlı inkişafına xidmət edən bir imkan kimi görür, qanunvericiliyə uyğun fəaliyyətin təşviqinə və institusional tərəfdaşlığın dərinləşməsinə töhfə verməyə daim hazır olduğumuzu bildiririk”.

Paris Şuşada təslim oldu

Xəbər xətti

Zelenski və Tramp iki aylıq fasilədən sonra görüşüblər
19:02 25.06.2025
Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır
18:47 25.06.2025
Rütte Donald Trampa "ata" dedi
18:32 25.06.2025
Morata Fabreqasın komandasına kluba keçir
18:17 25.06.2025
Piolli istefaya göndərildi
18:02 25.06.2025
"Azərbaycanın dəstəyi mübarizəmizə güc verir"
16:59 25.06.2025
NATO Ukraynaya hərbi yardımı davam etdirəcək
16:44 25.06.2025
"Neyrokolonializm şüura parazit kimi nüfuz edir"
16:18 25.06.2025
Peru Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
16:08 25.06.2025
Xankəndidəki uşaq bağçasında Silahlı Qüvvələr Günü qeyd edilib
16:03 25.06.2025
Çin ağcaqanad ölçüsündə PUA hazırladı
15:48 25.06.2025
"Kaş ki, daha güclü liqalara üz tutardı" -Ballak Leroy Sanenin seçimindən danışdı
15:36 25.06.2025
Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
15:21 25.06.2025
Baydenin əvəzinə sənədlərə o imza atırmış
15:06 25.06.2025
FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı
14:51 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:36 25.06.2025
"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
12:58 25.06.2025
Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?
12:35 25.06.2025
Günəşdəki partlayışlar 72 saat ərzində planetdə iqlim cəhənnəmi yarada bilər
12:28 25.06.2025
" İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir"
12:25 25.06.2025
İrlandiyada "ilah kral" mifi təkzib olundu
12:08 25.06.2025
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb
12:02 25.06.2025
Ermənistan höküməti ilə erməni kilsəsi arasında gərginlik səngimir
11:46 25.06.2025
Şahzadə Harri ailəsiylə barışır
11:25 25.06.2025
Britaniya ABŞ-dən F-35A qırıcısı alacaq
11:09 25.06.2025
Daşınmaz əmlak nədir və hansı növləri var?
10:52 25.06.2025
"ABŞ bazasına zərbə Qətərin suverenliyini pozmaq məqsədi daşımırdı"
10:43 25.06.2025
Çin lideri BRİCS sammitində iştirak etməyəcək
10:42 25.06.2025
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
10:38 25.06.2025
Messidən daha bir unikal nəticə -33-cü dəfə...
10:15 25.06.2025
İran məhsulları bahalaşacaq?
10:07 25.06.2025
"İranın nüvə obyektləri məhv edilməyib"
09:27 25.06.2025
Beş ölkə Rusiya ilə sərhəddi minalayacaq
09:16 25.06.2025
İsmayıl Qaaninin ölüm xəbəri təkzib edildi
09:01 25.06.2025
"Azərbaycanı vura bilərik" -Fars ekspertdən sərsəm iddia
08:55 25.06.2025
Hamısı