Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammiti çərçivəsində ABŞ lideri Donald Trampla görüşüb.
“EDnews” xəbər verir ki, bu barədə "UNIAN" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, bu, liderlərin iki aylıq fasilədən sonra ilk danışıqlarıdır. Əvvəlki dəfə Zelenski Trampla bu ilin aprelində Vatikanda görüşüb. Onlar birlikdə Papa Fransiskin dəfn mərasiminə qatılıblar.
Qeyd edilib ki, onların iyun ayında G7 sammitində görüşü Trampın Yaxın Şərqdəki vəziyyətə görə vaxtından əvvəl zirvəni tərk etməsi səbəbindən baş tutmayıb.