ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə əsasən, iyunun 22-də İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirilmiş zərbələr ölkənin nüvə proqramının əsas komponentlərini məhv etməyib.
“EDnews” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Ehtimal olunur ki, Vaşinqtonun hücumu İranın nüvə proqramını yalnız bir neçə ay geri salıb.
Qeyd olunur ki, İranın nüvə obyektlərinə dəyən zərər və hücumun ölkənin nüvə proqramına təsirinin təhlili davam edir.
Gələcəkdə yeni kəşfiyyat məlumatları daxil olduqdan sonra qiymətləndirmənin dəyişəcəyi istisna olunmur.