İran Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılması barədə göstəriş verib.
EDnews xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, İranın nüvə obyektlərinin və həmin sahədə çalışan mütəxəssislərin təhlükəsizliyi təmin olunana qədər AEBA nümayəndələrinin ölkəyə daxil olmasına icazə verilməyəcək.
Əlavə olaraq qeyd olunub ki, bu sahədə atılacaq növbəti addımlar İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarlarından asılı olacaq.
Şəms Qasımlı // EDnews