Bu gün “Aktau-Türk Dünyasının Mədəniyyət Paytaxtı” mərasimi təntənəli şəkildə açılacaq. Tədbirdə türk ölkələrinin nümayəndə heyətləri çıxış edəcək və regionun aparıcı yaradıcı kollektivlərinin iştirakı ilə bayram konserti təşkil olunacaq.
“EDnews” xəbər verir ki, TÜRKSOY-un baş katibi Sultan Rayev Aktau şəhərinin yalnız Qazaxıstan üçün deyil, həm də türk dünyası üçün böyük bir qürur mənbəyi olduğunu vurğulayıb. “Aktau haqlı olaraq mədəniyyət paytaxtı fəxri adına layiq görülüb,” - deyə o qeyd edib.
Açılış mərasimindən dərhal sonra Aktau şəhərində 2024-cü il ərzində bir sıra beynəlxalq tədbirlərin, konsertlərin, festivalların, sərgilərin və forumların keçirilməsi nəzərdə tutulan zəngin proqramın icrasına başlanacaq.
2012-ci ildən etibarən TÜRKSOY tərəfindən həyata keçirilən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramı, türk ölkələrinin şəhərləri arasında mədəni əməkdaşlığın gücləndirilməsinə və ümumi dəyərlərin qorunmasına şərait yaradır. Bu illər ərzində bu fəxri ada 12 şəhər layiq görülüb.
Xatırladaq ki, Aktau 2025-ci il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anau şəhərindən təhvil alıb.
Şəms Qasımlı // EDnews