"44 Günlük müharibədən və daha sonra anti-terror əməliyyatlarından sonra Azərbaycan demək olar ki i.ğaldan azad olunmuş bütüb ərazilərimizdə yenidən qurma və tikiti işləri gedir. Qısa müddət ərzində görülən bu qədər işi qiymətləndirməmək mümkün deyil."
Xəbər verdiyimiz kimi bu fikiləri Ednews TV-ə müsahibəsi zamanı hərbi ekspert Telman Qasımov bildirib. Ekspert qeyd edib ki, Azərbaycanın əksinə müharibədən sonra Ermənistanda çətin vəziyyət yaranıb:
"Müharibədən sonra Ermənistanda yaşanan bütün proseslər ölkəni çətin vəziyyətdə qoyub. Ümumiyyətlə, Ermənistanda heç vaxt vəziyyət o qədər də yaxşı olmayıb. Ermənistanın vəziyyəti ilbəil pisləşməkdədir.
Həm ordu, həm də iqtisadiyyat sahəsində Ermənistanı Azərbaycanla müqayisə etmək düzgün deyil. İndi Ermənistan rəhbərliyi bütün bu intriqaları bir kənara qoyub beynəlxalq layihələrə qoşulmalıdır ki, ən azından ölkə heç olmasa olduğu kimi qala bilsin. Yoxsa Ermənistan yer üzündən yox olub gedəcək."
Daha ətraflı videoda: