Natiq Miri: “Azərbaycan Ermənistan razılaşması ortaya çıxa bilər”

Siyasət 12:15 05.06.2024

Rusiyanın Cənubi Qafqazdakı ambisiyalarının əsas hissəsi İrana quru nəqliyyat marşrutlarını bərpa etməkdir. Söhbət ən cəlbedici marşrut olan Zəngəzur dəhlizindən gedir. Beləliklə, Ermənistanın cənubundan keçməklə Azərbaycan, İran və Türkiyəni birləşdirən, Naxçıvana quru əlaqəni yaradan xətt formalaşır...

Mövzu ilə bağlı Ednews-a açıqlamasında siyasi şərhçi Natiq Miri bildirdi ki, Rusiyanın İrana quru yolu ilə nəqliyyat əlaqəsini təmin etmək üçün Zəngəzur dəhlizinə ehtiyac yoxdur. Doğrudur, Zəngəzur dəhlizi müəyyən üstünlüklər verir, ancaq Zəngəzur dəhlizi olmadan da quru əlaqəni təmin etmək mümkündür və bu yöndə Azərbaycan, Rusiya, İran üçlüyü kontekstində bir razılaşma da var: 

“Dəmir yolu Azərbaycan Rusiya arasında mövcuddur və indiki vəziyyətdə razılaşmaya görə, Astara və Rəşt arasında çəkilən hissə tamamlanandan sonra dəmir yolu işlək bir vəziyyətə düşəcək. Ona görə də bu, Şimal-Cənub dəhlizi kontekstində fəaliyyət göstərəcək. Nəqliyyat kommunikasiya sistemidir. Bir də Zəngəzur məsələsi var. Bu, Rusiyanın əlbəttə, geosiyasi maraqları kontekstindədir. Çünki Rusiya istəyir ki, bu gün əsas nəqliyyat dəhlizlərindən, yəni perspektivdə əsas nəqliyyat dəhlizlərindən ola biləcək orta dəhlizə Rusiya özü nəzarət etsin və bununla bağlı bir də 2020-ci il 10 noyabr sənədində konkret müddəa da mövcuddur ki, məhz bu dəhlizə Rusiyanın sərhəd qoşunları nəzarət edəcək. Ancaq Ermənistan buna razıdırmı? Üstəlik, təkcə Ermənistanın razılığı deyil, Ermənistanı bu məsələyə təhrik edən, onun arxasındakı Qərb dünyası razıdırmı? Problem burdadır. Ona görə də dəhlizi açılacaqsa da, Qərb bunu Rusiyanın nəzarətində olacaq bir nəqliyyat kommunikasiya dəhlizi kimi görmür”. 

N.Miri qeyd etdi ki, ona görə Ermənistan suverenliyini bəhanə gətirərək bütün nəzarət mexanizminin Ermənistan dövlət strukturlarının əlində olmasını tələb edir. Problem burdadır, ancaq Azərbaycanla anlaşılmayacaq elə bir ciddi məsələ yoxdur: 

“Çünki Azərbaycanın təklifləri hansı formada olursa olsun, Ermənistanın suverenliyinə zərrə qədər xələl gətirmir. Ona görə də bu məsələni Rusiyasız çözmək mümkündür. Və əlbəttə ki, Amerika Birləşmiş Ştatları, Avropa Birliyinin maraqları konteksində düşünürəm ki, Azərbaycan, Ermənistan, Zəngəzur nəqliyyat kommunikasiya sisteminin fəaliyyətini bərpa edə bilər. Çünki istər Kollinqrad modeli təklifi, istərsə də beynəlxalq təhlükəsizlik qüvvələrinin məhz bu dəhlizə nəzarəti məsələsi həll olunacaq məsələlərdir. Düşünürəm ki, bu Qərb üçün, ABŞ üçün elə böyük problem yaratmır və belə olduğu təqdirdə Rusiyanın da bilavasitə prosesdən uzaqlaşdırılması üçün ABŞ Azərbaycanla anlaşa və bu kontekstdə Azərbaycan Ermənistan razılaşması ortaya çıxa bilər”.

Oğuz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Heydər Əliyev adına Hərbi İnstitutda elmi-praktik konfrans keçirilib
12:52 03.05.2025
Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
Hamısı