"COP29-da qəbul edilən qərarlar qlobal ekoloji strategiyalar üçün böyük əhəmiyyət kəsb edəcək"

Müsahibələr 12:44 03.12.2024

Bakıda noyabrın 11-22-də keçirilən COP29 konfransında təkcə iqlim məsələlərinin həlli deyil, həm də dayanıqlı inkişafın əsas elementi olan enerji keçidi diqqət mərkəzində olub. COP29-da iştirak edən Özbəkistan nümayəndə heyəti karbon emissiyalarının azaldılmasına və bərpa olunan enerji mənbələrinin tətbiqinin genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyib.

EDnews xəbər verir ki, Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimov “Report”a müsahibəsində Bakıda qəbul edilmiş qərarların iqlim dəyişikliyi ilə qlobal mübarizədə əhəmiyyətini və Mərkəzi Asiya regionuna təsirini qeyd edib.

Nazir həmçinin bildirib ki, Mərkəzi Asiya regionu quraqlıq, səhralaşma və su qıtlığı kimi iqlim çağırışları ilə üzləşir. Buna görə də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və COP29-da qəbul edilmiş qərarların həyata keçirilməsi regionun dayanıqlı gələcəyinin təmin edilməsində mühüm addım olacaq.

- Bakıda bu ilin noyabrında keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrini necə qiymətləndirirsiniz?

- Bakıda keçirilən COP29 mühüm nəticələrə gətirib çıxardı. Əsas nailiyyətlərdən biri inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsinə dəstək üçün 2035-ci ilə qədər illik 300 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması barədə razılaşma oldu. Bu razılaşmanı qlobal iqlim gündəliyində ölkələrin birgə fəaliyyətə hazır olduğunu nümayiş etdirən mühüm addım hesab etmək olar.

- COP29-da qəbul edilmiş qərarlardan hansıları Özbəkistanın ekoloji siyasətinin inkişafına daha çox təsir göstərə bilər?

- Özbəkistan üçün karbon kreditlərinin beynəlxalq ticarət qaydalarının təsdiqlənməsi prioritet təşkil edir ki, bu da ekoloji layihələrə investisiyaların cəlb edilməsi üçün yeni perspektivlər yaradır. Prezident Şavkat Mirziyoyev COP29-da İqlim Dəyişikliyi ilə bağlı İtkilərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Mərkəzin və Dünya İqlim Paytaxtları Alyansının yaradılmasını təklif edib ki, bu da ölkənin qlobal ekoloji gündəlikdə fəal iştirak etmək istəyindən xəbər verir. Bu təşəbbüslərin dayanıqlı inkişafa və iqlimə təsirin azaldılmasına yönəlmiş milli strategiyalara inteqrasiyası planlaşdırılır.

- Sizcə, COP29-un nəticələri istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı qlobal səylərə necə təsir edəcək? Bu təşəbbüslərdə iştirakın Özbəkistana hansı faydaları ola bilər?

- Xüsusilə qeyd etmək istərdim ki, Bakıda keçirilən iqlim konfransı çərçivəsində Özbəkistan, Azərbaycan və Qazaxıstan prezidentləri “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalayıblar.

COP29-un nəticələri inkişaf etməkdə olan ölkələri aşağı karbonlu texnologiyalara keçid üçün maliyyə və texniki resurslarla təmin etməklə istixana qazı emissiyalarının azaldılması istiqamətində qlobal səyləri gücləndirə bilər.

Özbəkistan enerji infrastrukturunu modernləşdirmək və bərpa olunan enerji mənbələrini tətbiq etmək üçün bu təşəbbüslərdən faydalana bilər. Bu sazişin imzalanması mərasimində çıxış edən Prezident Şavkat Mirziyoyev vurğulayıb ki, bərpa olunan enerji iqtisadi hədəf deyil, gələcəyə töhfə, gələcək nəsillər qarşısında məsuliyyət hissinin nəticəsidir.

- COP29-da qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsində Özbəkistan üçün əsas çağırışlar nələrdir? Ekologiya Nazirliyi bu çağırışların öhdəsindən gəlmək üçün hansı addımlar atmağı planlaşdırır?

- COP29-da qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsində Özbəkistanın qarşısında duran əsas çağırışlar ekoloji layihələrə böyük məbləğdə investisiya qoyuluşunun zəruriliyi və milli iqtisadiyyatın yeni ekoloji standartlara uyğunlaşdırılmasıdır.

- COP29 çərçivəsində başladılan və ya dəstəklənən regional iqlim layihələrinin həyata keçirilməsində Özbəkistan hansı rolu oynaya bilər? Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı mümkün hesab edirsinizmi?

- Özbəkistan COP29-da başladılan regional iqlim layihələrinin həyata keçirilməsində, xüsusilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda aparıcı rol oynaya bilər. Su ehtiyatlarının idarə edilməsi, bərpa olunan enerjinin inkişafı və səhralaşma ilə mübarizə sahəsində birgə səylər bütün region üçün əhəmiyyətli ekoloji və iqtisadi faydalar gətirə bilər.

Özbəkistan artıq bu istiqamətdə addımlar ataraq regional təşəbbüslərdə iştirak edir, eləcə də Mərkəzi Asiyada dayanıqlı inkişaf və ekoloji təhlükəsizliyin gücləndirilməsi ilə bağlı layihələr təklif edir.

Bakıda keçirilən COP29 qlobal iqlim siyasətinə və Özbəkistan da daxil olmaqla ayrı-ayrı ölkələrin ekoloji strategiyalarının inkişafına əhəmiyyətli təsir göstərə biləcək bir sıra mühüm qərarların qəbul edlməsi ilə nəticələndi.

Beləliklə, COP29-un nəticələri Özbəkistan üçün həm imkanlar, həm də çağırışlar yaradır. Beynəlxalq qərarların milli siyasətə fəal inteqrasiyası, qonşu ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı, eləcə də konkret layihələrin həyata keçirilməsi davamlı inkişafa və iqlim dəyişikliklərinə qarşı mübarizənin səmərəli olmasına töhfə verə bilər.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Hamısı