Yeni müharibə təhlükəsi varmı? - ASALA və VOMA yenidən Ermənistanı ZƏBT EDİR

Müsahibələr 15:18 18.01.2024

Ermənistanda baş verən son proseslər revanşist qüvvələrin aktiv fazaya keçdiyini göstərir. Belə ki, ölkə daxilində yenidən  ASALA və VOMA kimi terror təşkilatları yenidən gündəmə gətirilir. Erməni politoloq Aram Poqosyanın Ermənistan KİV-ə açıqlamasında səsləndirdiyi fikirlər də bunu sübut edir. Politoloq qeyd edib ki, “proksi qüvvələrin” orduya inteqrasiyası təmin olunmalıdır.

Azərbaycan məsələ ilə bağlı hansı önləmləri almalıdır? Bu proses yeni müharibənin çağırışçısı ola bilərmi?

Hərbi ekspert Abuzər Əbilov Ednews – a açıqlamasında irəli sürülən bu fikrin olduqca təhlükəli olduğunu qeyd edib:

“ASALA təşkilatının yaşı kiçik deyil. Həmçinin VOMA-da yeni yaradılan terror təşkilatıdı. Onların maliyyə ehtiyatlarını incələdikdə görə bilərik ki, böyük bir dövlətin büdcəsi qədərdir. Dünyada olan erməni lobbisinin gücü hər birimizə aydındır və bu təşkilatların maliyyələşdirilməsində onların birbaşa payı var. Dünyanın hər bir nöqtəsində olan ermənilərin hər birinin məqsədi eynidir: dənizdən dənizə uzanan “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək. Nəzərənizə çatdırım ki, hətta bu istək və ya arzu deyil, tamamilə bir konsepsiyadır. Bunun fonunda da Vartanovun təsis etdiyi VoMa təşkilatı aysberqin hələlik üst hissəsidir deyə bilərəm. Lakin həmin aysberqin alt hissəsi, üst hissəsindən də böyükdür. ASALA təşkilatı isə düşünürəm VoMa ilə müqayisədə heç bir təqdimata ehtiyacı olmayan bir terror təşkilatıdır. Yaxın Şərqdə günümüzdə də böyük düşərgələri var. Keçmişdən günümüzə kimi gəlib çatmış qlobal bir təhlükədir. İrəli sürülən, terror təşkilatlarının Ermənistan ordusuna inteqrasiya edilməsi olduqca təhlükəli bir konsepsiyadır”.

Ekspert hesab edir ki, bu prosedura artıq başlayıb və Azərbaycan xalqı hər zaman hazırlıqlı olmalıdır:

“Ermənistanın qanunlarına baxsaq sivil bir dövlət üçün normal qanunlardır. Lakin Ermənistan qanunlarında bir də alt qanunlar vardır. Əfsuslar olsun ki, hazırki Ermənistan rəhbərliyi həmin bu alt qanunların qarşısını almaqda acizdir. Onların orduya və ya dövlətin digər strukturlarına müdaxilə etmək üçün qarşılarında böyük qüvvələr var. Zənnimcə bu məlumatlar bir siyasətçi tərəfindən dilə gətirilirsə bu, o deməkdir ki, artıq proses başlayıb. Azərbaycan ordusu da bu cür proseslərdə hər zaman hazırlıqlı olmalıdır. Bütün bu prosedura NATO daxilindəki ölkələr kimi ciddi nəzarət altına alınmalıdır. Çünki dünya nizamında baş tutan son hadisələrə nəzər yetirsək fikrimcə bizi uzun müddətli münaqişələr gözləyir. Ordu təminatında könüllük prinsipi gündəmə gətirilməlidir”.

Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
Hamısı