Mingəçevirdə ana və iki yaşlı oğlunu avtomobil vurub.
EDnews xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Mingəçevir şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, şəhər sakini İbrahim Şükürlü idarə etdiyi BMW markalı avtomobillə piyadalar — 28 yaşlı Türkan Nəsirova və onun iki yaşlı oğlunu vurub.
Qəza nəticəsində xəsarət alan ana və azyaşlı uşaq xəstəxanaya yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır.







