Fransanın cənub-şərqindəki Sen-Trope limanında Malta bayrağı altında olan “Sea Lady II” superyaxtası yanıb.
“EDnews” xəbər verir ki, yaxtada yanğın iyulun 10-da yerli vaxtla saat 20:15 radələrində (Bakı vaxtı ilə saat 22:15) naməlum səbəbdən baş verib. Yanğınsöndürənlər gəmiyə minə bilmədiklərindən alovu söndürməkdə çətinlik çəkirlər.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Su ərazisini çirklənmədən qorumaq üçün baryerlər quraşdırılıb.
Yanğınsöndürmə xidmətinin nümayəndəsi 41 metrlik gəminin batacağını ehtimal edib.