Bakıda “Azərbaycan, Qazaxıstan, Özbəkistan və Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu” imzalanıb.
“EDnews” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, bu memorandum bankların maliyyə dəstəyi əsasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi tədqiqatlarına başlamağı təmin edəcək.
O qeyd edib ki, bu regional “yaşıl enerji” təşəbbüsü sayəsində Azərbaycanla Mərkəzi Asiya ilk transxəzər enerji dəhlizini reallaşdıracaq.