Avropa İttifaqı Rusiyanın maddi vəsaitlərini dondursa hansı təhlükələrlə üzləşə bilər?
Ednews Rusiyanın "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Rusiyanın aktivlərinin müsadirə edilməsinə cavab olaraq Avropa İttifaqının (Aİ) borc qiymətli kağızlarını sata bilər. Bu da öz növbəsində Avropa valyutasının kəskin ucuzlaşmasına səbəb ola bilər.
Məlumat üçün qeyd edək ki, Aİ Rusiyanın banklardakı 300 milyard dollara yaxın aktivlərini dondurub və bu məbləğun Ukraynaya verilməsi müzakirə edilir.
Xəbərdə bildirilir ki, əgər Səudiyyə Ərəbistanı Avropaya aid olan qiymətli kağızları, eləcə də aktivləri satsa, bu avronun kəskin ucuzlaşması ilə nəticələnəcək.
Fərid