Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda Gürcüstan lideri Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu əlamətdar bayram münasibətilə təbrik edərək, onlara xoşbəxtlik, sağlamlıq, ölkəyə isə sülh, inkişaf və firavanlıq arzulayıb.
O qeyd edib ki, Novruz bayramı əsrlər boyu xalqlar arasında dostluq, qarşılıqlı hörmət və mehribanlıq rəmzi kimi qəbul edilib. Bu bayram qədim adət-ənənələri və mədəni irsi ilə xalqlar arasında sülh və mehriban qonşuluq münasibətlərinin güclənməsinə mühüm töhfə verir.
Mixail Kavelaşvili əmin olduğunu bildirib ki, Gürcüstan və Azərbaycan arasında mövcud dostluq və strateji tərəfdaşlıq əlaqələri gələcəkdə daha da möhkəmlənəcək və regional sülhə töhfə verəcək.
Sonda Gürcüstan Prezidenti Azərbaycan xalqını Novruz bayramı münasibətilə bir daha təbrik edərək, Prezident İlham Əliyevə dərin ehtiramını ifadə edib.
Şəms Qasımlı // EDnews