Mina qurbanlarına həsr olunan elektron fotokitab hazırlanıb

Mədəniyyət 13:34 15.02.2025

Azərbaycanda mina terrorunun qurbanları haqqında elektron fotokitab hazırlanıb. "Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən "Düyməni sıxan ayaqlar” adlı nəşr bu mövzuda hazırlanan və mühüm əhəmiyyətə malik olan nadir vəsaitlərdən biridir.

İki dildə - Azərbaycan və ingilis dillərində hazırlanan kitab ön söz, mina qurbanları, xronologiya və statistik məlumatlardan ibarətdir. Mina və partlamamış hərbi sursatların törətdiyi fəsadlar haqqında müfəssəl məlumat verən kitaba ön sözü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin (ANAMA) sədri Vüqar Süleymanov yazıb.

Fotokitabda 30 ildən artıq bir dövrdə müxtəlif vaxtlarda mina və partlamamış hərbi sursatların partlaması nəticəsində xəsarət alan və həlak olan insanların fotoları, onların acı həyat hekayələri yer alır. Hekayə qəhrəmanları həmin hadisə gününü bir daha xatırlayaraq öz dillərindən olduğu kimi danışırlar.

Vətən müharibəsindən başlayaraq 2024-cü ilin dekabr ayına kimi olan bir aralıqda baş verən mina partlayışı hadisələri xronoloji ardıcıllıqla qeyd olunub. Statistika hissəsində son dörd ildə ən çox mina hadisəsi baş verən ərazilərin, kəndlərin siyahısı, ANAMA tərəfindən təqdim olunan rəqəmlər qeyd olunub. Belə ki, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400-dən artıqdır. Onlardan 359 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından günümüzə qədər baş verən mina hadisələri zamanı qurbanların sayı 382 nəfər təşkil edir. Onlardan 70 nəfəri həlak olub, 312 nəfəri isə xəsarət alıb.
Layihənin rəhbəri Rəşad Mehdiyev, fotokitabın baş redaktoru Dilavər Nəcəfov, Azərbaycan dili üzrə redaktoru Aygün Əhmədova, ingilis dili üzrə redaktoru Esmira Əliyeva, fotoredaktor isə Roman İsmayılovdur. Kitabın içərisində əks olunan fotoların müəllifi müharibə fotoqrafı Famil Mahmudbəylidir.

Qeyd edək ki, fotokitab "Gilavar Foto Klubu” ictimai birliyinin "Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində hazırlanıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Elektron fotokitabla buradan  tanış olmaq olar.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
Hamısı