Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana rəsmi səfərə gəlib.
EDnews xəbər verir ki, onu hava limanında Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Şimali Kiprin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıblar.
Səfər çərçivəsində Ersin Tatarın 3-4 iyul tarixlərində Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə toplantısında müşahidəçi ölkənin rəhbəri qismində iştirak etməsi planlaşdırılır.
Bundan əlavə, onun səfər çərçivəsində müxtəlif tədbirlərdə iştirakı və Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən “fəxri doktor” adı ilə təltif olunması nəzərdə tutulur.
Şəms Qasımlı // EDnews