"Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının pozulması beynəlxalq hüququn tələblərinə uyğun deyil."
EDnews xəbər verir ki, bu fikirləri Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsi rəisinin müavini Samirə Nəcəfzadə iyulun 2-də keçirilən mətbuat konfransında bildirib. Tədbir Rusiyada azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində təşkil olunub.
O qeyd edib ki, orada yaşayan həmvətənlərimizə qarşı işgəncələrin tətbiqi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır:
“İşgəncələr beynəlxalq konvensiyalarla qadağan olunub. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına üzvdür, lakin Rusiya bu sənəddən çıxıb. Bu səbəbdən, azərbaycanlıların hüquqları qorunmur və pozulur”, – deyə o bildirib.
Şəms Qasımlı // EDnews