Şolts Almaniyada fövqəladə vəziyyət elan etməyə çağırdı

Münaqişələr 10:53 14.02.2025

Almaniya ABŞ və Rusiya prezidentləri arasında başlayan danışıqlar fonunda Ukraynaya yardımını mümkün qədər tez artırmalıdır. Bunun üçün ölkə parlamenti Ukraynadakı müharibəni və onun Avropanın təhlükəsizliyinə təsirlərini fövqəladə vəziyyət kimi tanımalıdır. 

"EDnyus" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bəyan edib.  

"Bu o deməkdir ki, Ukraynaya dəstəyimiz, hansı ki, hazırda heç vaxt olmadığı qədər vacibdir, artıq dövlətimizin öz vətəndaşları qarşısında yerinə yetirməli olduğu digər vəzifələr hesabına həyata keçirilməyəcək", – deyə Şolts bildirib. O qeyd edib ki, Bundestaq Almaniya Əsas Qanununun 115-ci maddəsinin ikinci bəndinə uyğun olaraq fövqəladə vəziyyət elan edə bilər.  

Şoltsun sözlərinə görə, Donald Tramp və Vladimir Putin arasındakı danışıqlar gözlənilməz deyildi, lakin bu, "Avropanın aydın, sürətli və qəti mövqe tutmasını tələb edir". Almaniya kansleri Trampın döyüş əməliyyatlarını mümkün qədər tez başa çatdırmaq istəyini dəstəklədiyini bildirib, lakin Almaniyanın "məcburi sülhü" heç vaxt qəbul etməyəcəyini də vurğulayıb. Onun fikrincə, Rusiyanın qələbəsi və Ukraynanın süqutu sülhə deyil, əksinə, "Ukraynadan çox-çox kənarda Avropada sülh və sabitliyin təhdid altına düşməsinə" səbəb olacaq.  

 "Bu gün reallığa açıq gözlə baxmalıyıq: ABŞ administrasiyasının addımları və bəyanatları Ukrayna, Avropa və dünya üçün nə deməkdir? Hərəkətsizlik Almaniyanın və qitəmizin təhlükəsizliyini risk altına atmaq demək olardı. Mən isə bu kritik anda ölkəmiz üçün  buna imkan verməyəcəyəm", – deyə Şolts bəyan edib.  

Almaniya ABŞ-dan sonra Ukraynaya ən çox silah tədarük edən ikinci ölkədir. Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştaytın sözlərinə görə, Berlin Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin başlanğıcından bəri Kiyevə müxtəlif növ yardımlar üçün 44 milyard avro ayırıb. 2025-ci ildə ölkə büdcəsindən Ukraynanın hərbi dəstəklənməsi üçün daha 4 milyard avro ayrılması planlaşdırılır, lakin bu sənəd hələ hökumət tərəfindən təsdiqlənməyib.  

Tramp ABŞ prezidenti kimi vəzifəsinin icrasına başladıqdan sonra 12 fevralda Putinlə ilk rəsmi telefon danışığını aparıb. Təxminən bir saat yarım davam edən söhbətdən sonra Tramp bildirib ki, Rusiya prezidenti ilə razılığa gəliblər və hər iki ölkənin komandaları "hərbi münaqişənin nizamlanması üzrə dərhal danışıqlara başlayacaqlar". Bloomberg-in məlumatına görə, Trampın Putinə zəng etməsi Aİ-dəki ABŞ müttəfiqlərini şoka salıb. Avropalı diplomatlardan biri Vaşinqtonun siyasətindəki dəyişiklikləri "Ukraynanın preventiv təslim olması" kimi qiymətləndirib.  

İki prezidentin söhbəti barədə xəbərlər yayıldıqdan dərhal sonra Almaniya, Fransa, Polşa, İtaliya, İspaniya, Böyük Britaniya və Aİ-nin xarici işlər nazirləri birgə bəyanat verərək, danışıqlar masasında Avropanın da yer almasını tələb ediblər. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə ayrıca vurğulayıb ki, "Ukrayna ilə bağlı istənilən danışıqlarda Avropa əsas rol oynamalıdır".

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
Hamısı