Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib

Yazarlar 10:38 27.06.2025

Dövlətin hərbi qüdrəti onun təhlükəsizliyini təmin etmək, beynəlxalq təsir gücü və qarşıya qoyduğu məqsədə çatmaq qabiliyyətini şərtləndirən əsas amildir. Azərbaycan Silahlı Qüvvələri də bu gün dünyanın ən güclü orduları sırasındadır.  Ərazi bütövlüyü və suverenliyimizin bərpası ilə adını müzəffər ordular sırasına yazdıran ordumuz müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biridir. Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz Ümumilli Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, həmçinin onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.  Müstəqilliyin ilk illərində də xalqın təkidli tələbilə hakimiyyətə qayıdan böyük siyasətçi başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.

Ulu Öndər hər zaman deyirdi ki, “Ordu mövzusu bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik.” 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda “öldü var, döndü yoxdur” deyərək 30 illik işğala son qoyan Azərbaycan ordusu əsas vəzifənin bir an belə arxa plana keçmədiyini sübut etdi. 44 gün ərzində əldə edilmiş Qələbə məhz hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanıldı. 

Azərbaycanın böyük qələbəsi bir daha sübut etdi ki, ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutduqda böyük zəfərlər əldə etmək mümkündür. 

Zaman göstərdi ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, “etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.”

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Bu illər ərzində ölkəmizdə ordu quruculuğu prosesi tam şəkildə beynəlxalq standartlara uyğunlaşdırılıb. 

Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığı artırılır, şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksəldilir, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı davam edir. Təsadüfi deyil ki, 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Azərbaycan həm də müdafiə sənayesini inkişaf etdirir. Belə ki, ölkəmizin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə yerli istehsal gücləndirilir və beynəlxalq əməkdaşlıq genişləndirilir.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması isə yeni inkişaf mərhələsi deməkdir. Strateji tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən Şuşa Bəyannaməsi çərçivəsində də müdafiə qabiliyyəti və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn sıx əməkdaşlıq, müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlığı davam edir. Xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir və milli maraqlara uyğun şəkildə tətbiq olunur.

Prezident İlham Əliyevin də söylədiyi kimi, biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu, qalib xalq kimi qeyd edirik. Azərbaycan qalib ölkə kimi beynəlxalq problemlərin həllində siyasi vasitələri hərbi vasitələrdən üstün tutur, öz hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyi üçün inkişaf etdirir.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Ermənistanda polislə keşişlər arasında dava düşüb
13:20 27.06.2025
Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Hamısı