ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları sayəsində ölkə iqtisadiyyatı təxminən 88 milyard dollar gəlir əldə edib.
“EDnews” xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri büdcə və vergi planlarına həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.
O bu rəqəmlərin konqresin ekspertləri tərəfindən təqdim edildiyini vurğulayıb.
"Onlar bizə planlaşdırılandan daha çox vəsaitin daxil olduğunu dedilər. Son məlumatlara görə, ABŞ gömrük rüsumlarından 88 milyard dollar əldə edib", - deyə Tramp bəyan edib.
O, hesablamalara dair detalları açıqlamayıb.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiqini elan edib. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimal 10% həcmində gömrük rüsumu müəyyən edilib.