Eçmiədzində polislə keşişlər arasında dava düşüb.
Bu barədə “EDnews” "Sputnik Ermənistan"a istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Xidmətinin maskalı xüsusi təyinatlıları kilsəyə basqın etmişdilər. Keşişlər katolikosun iqamətgahına təhlükəsizlik qüvvələrinin soxulmasına icazə vermək istəmirlər.
Bir qrup keşiş və dindarlar qapıları bağlayıb, arxiyepiskop və Erməni Apostol Kilsəsinin rəhbərinə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşmək üçün iqamətgahı tərk etməyə icazə vermirlər.