ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ABŞ vizasını əsassız şəkildə alıb və o, faktiki olaraq qeyri-qanuni miqrant sayılır.
“EDnews” xəbər verir ki, bunu ABŞ Demokratlar Partiyasının nümayəndəsi Casmin Krokett bildirib.
Onun sözlərinə görə, 2001-ci ildə M.Trampa verilən EB-1 kateqoriyalı viza adətən yüksək nailiyyətlərə görə təqdim olunur. Lakin birinci xanım həmin dövrdə sadəcə model olub və bu sahədə milli və ya beynəlxalq səviyyədə tanınmasından söhbət gedə bilməz.
Konqresmenin sözlərinə görə, respublikaçılar prezidentə yaxın şəxslərin şübhəli immiqrasiya yollarına göz yumduqları halda, digər miqrantlara qarşı sərt təqiblər aparırlar.