Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh

Analitika 22:57 26.06.2025

Hakimiyyətə gəldiyi gündən Apostol kilsəsi ilə ulduzu barışmayan baş nazir Nikol Paşinyan uzun illər davam edən qarşıdurmada son nöqtəni qoymağa çalışır. Uzun müddətdir kilsəni Rusiya ilə əməkdaşlıqda, hakimiyyəti dəyişmək üçün siyasi manipulyasiyada ittiham edən hökumət başçısı artıq qarşıdurmada həbslərə start verib. Artıq bir neçə gündür ki, İrəvanda sular durulmur. Ötən gün hökumətin nəzarətində olan media arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın çevriliş planlaşdırdığına dair sənəd üzə çıxarıb. Bu sənədin mediaya sızmasından dərhal sonra baş nazir Nikol Paşinyanın göstərişi ilə hüquq-mühafizə orqanları Baqrat Qalstanyanın başlatdığı “Müqəddəs mübarizə” hərəkatının və Daşnaksütyun partiyasının üzvlərinə qarşı reydlər keçirirlər. Artıq Baqrat Qalstanyanla yanaşı, onlarla insan saxlanılıb. Hərəkatın lideri haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. Sözügedən şəxslər hakimiyyəti zorla ələ keçirməyə və terror aktı hazırlamaqda ittiham edilirlər. Baqratla yanaşı onun köməkçisi Movses Şarbatyan da saxlanılıb. Bütün bu hadisələr uzun müddətdir kilsə və hakimiyyət qarşısında gedən qarşıdurmanın pik mərhələsi hesab edilir. Bir neçə gün əvvəl bütün ədəb çərçivələrini aşan baş nazir kilsə xadimlərini sünnət edilmədiyini sübut etməyə səslədikdən sonra tərəflər arasında gərginlik daha da artmışdı.

Maraqlıdır ki, İstintaq Komitəsi axtarışlar nəticəsində üzə çıxdığı iddia edilən sənədi yayıb. Amma bu sənəd bir gün əvvəl “Vətəndaş” qəzetinin dərc etdiyi həmin sənəddir. Qəzetin dərc etdiyi sənədin üzərində tarix göstərilməsə də, İstintaq Komitəsinin yaydığı sənədin 2024-cü ilə aid olduğu üzə çıxıb. Yəni, hüquq-mühafizə orqanları ötən il üstünü açmalı olduqları cinayətin üstünü bu il açıblar. Plan icra olunmadığı təqdirdə belə, həbslər dalğasına start verilib.

Baş verənlər isə göstərir ki, Paşinyan kilsə və hərəkatdan qorxur, onları real təhlükə kimi görür. Eyni zamanda vurğulamaq lazımdır ki, son ay baş verən qarşıdurmadan sonra kilsə müxalifətə və xalqa müraciət edərək, baş naziri devirməyin yeganə çıxış yolu olduğunu bildirib. Təbii ki, uzun müddətdir kreslo eşqi və revanşizm hissləri ilə alışıb-yanan müxalifət, xüsusən də Daşnaksütyun, respublikaçılar bu çağırışa qoşulublar. Eyni zamanda Baqrat Qalstanyan da bir neçə müddətdir ciddi küçə mübarizələrinə start verəcəyini, Paşinyanı devirənə qədər davam edəcəyini bildirib. Müxalifətin də ona dəstəyi hakim partiyada müəyyən planların qurulmasına və həbslər dalğasına rəvac verib. Ehtimal etmək olar ki, bu həbslərlə hakim partiya cəmiyyətdə qorxu mühiti yaratmaq istəyirlər. Bununla da müxalif fikirli insanları başqa istiqamətə yönəltmək nəzərdə tutulub. Çünki Ermənistanda son dövrlər narazılıq mühiti pik həddə çatıb. Samvel Karapetyanın həbsi, kilsəyə qarşı kampaniya kimi məsələlər ciddi narazılıq yaradıb. Təbii ki, burada xarici xüsusi xidmət orqanlarının da ciddi dəstəyi var. Samvelin birbaşa Rusiyanın adamı olduğunu və strateji “Ermənistan Elektrik Şəbəkəsi”nin rəhbəri olduğunu nəzərə alsaq, mənzərə tam aydın olar. Sirr deyil ki, belə bir şirkət ciddi təsir rıçaqıdır. Xatırlamaq lazımdır ki, 2015-ci ildə elektrik enerjisi tariflərində cüzi artım Ermənistanda böyük xaosa səbəb olmuşdu. Bu səbəbdən də Paşinyan Karapetyanı həbs edərək şirkəti milliləşdirmək, Rusiyanın təsir rıçaqlarını zəiflətməyi hədəfləyib. Seçki ərəfəsində bu təsir rıçaqı yüz minlərlə narazı insanın küçələrə axışması deməkdir.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, çevriliş planının qarşısını almaq üçün əməliyyatın da vaxtı təsadüfi seçilməyib. Əslində Paşinyanın göstərişi ilə hüquq-mühafizə orqanları iki ilə yaxındır ki, Baqratı izləyir və müəyyən məlumatlar toplayırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları dövlət çevrilişinin qarşısını almaq üçün əməliyyatı indi Paşinyan Samvel Karapetyanı həbs etdiyi bir vaxtda keçirib. Ehtimal etmək olar ki, Paşinyan Karapetyanın həbsinin ciddi nəticələrə səbəb olacağını anlayıb və onunla bağlı bütün mümkün ssenarilərin qarşısını almaq üçün çevriliş əməliyyatları ilə Karapetyan mövzusunu gözdən salmağa, diqqəti başqa məcraya yönəltməyə çalışır.

Maraqlıdır ki, baş verənlərdən sonra belə II Qaregin vəziyyətin gərginləşməsinin əleyhinədir və çox ehtiyatlı davranır. Məsələn, o, vəkillərin, din xadimlərinin iştirakı ilə keçirilən dəyirmi masanın əleyhinə idi, onu çox çətinliklə inandırdılar ki, bunda qəbahət yoxdur, belə bir şey təşkil olunmalıdır. O, Samvel Karapetyanın açıqlama verməsinin əleyhinə də olub. Baqrat Qalstanyan da ifadəsində yayılan səs yazılarının saxta olmadığını etiraf edib. Çünki müxalifət bu səs yazılarının süni intellektlə düzəldildiyini iddia edirdi.

Paşinyan istər siyasi, istərsə də mənəvi müqavimət ocaqlarını zərərsizləşdirməyi konkret məqsəd olaraq qarşısına qoyub.

İşin maraqlı tərəfi də odur ki, əslində bu, Ermənistanda Qərblə Rusiyanın toqquşmasıdır. Çünki elə dünəndən başlayaraq, Alen Simonyanın rəhbərlik etdiyi parlament qrupu dünəndən başlayaraq, müxalifətçilərin həbsi və onların təbirincə desək, “çevriliş planı” ilə bağlı onlarla paylaşım etdilər. Reallıqda Paşinyan və qrupu dünənki həbslərə maksimum rezonans vermək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri ilə paralel olaraq düşünülmüş, əlaqələndirilmiş əməliyyat hazırlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları ibtidai istintaq sirri sayılan materialları hakim partiyanın üzvləri sayəsində yayır, anlaşılmaz vasitələrlə əldə etdikləri şübhəli səs yazılarından çıxarışları dərc edirlər. Bununla yanaşı, xalqın ünvanına təhqiramiz ifadələr səsləndirilib. Onlar təqsirsizlik prezumpsiyasını pozaraq məhkəmələrə təzyiq edirdilər ki, bir tərəfdən həbs cəzası versinlər, digər tərəfdən də xalqın rəğbətini qazansınlar, reytinqlərini artırsınlar. Aydındır ki, 2018-ci ildən bəri Paşinyan və qrupunun yeganə aləti parçalanma və düşmənçilik yaymaq, müxalifəti hədəfə almaq olub.

 Yuxarıda da qeyd etdiyimiz kimi, baş verənlər Ermənistanda Qərblə Rusiya qarşıdurmasıdır. Məlumdur ki, hakim partiyanın elitası qərbpərəstlərdən ibarətdir. Ölkənin əsas idarələrinə Qərb universitetlərinin məzunları və ya qlobal Qərbin kəşfiyyat xidmətinin himayədarları rəhbərlik edir. Məsələn, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qərb xüsusi xidmət orqanlarının əsas fiquru sayılır. Baş prokuror Anna Vardapetyan ABŞ səfiri Kristina Kuinn ilə sıx işləyir və Londondakı Kral Beynəlxalq Münasibətlər İnstitutunun üzvüdür. Daxili işlər naziri Arpin Sarkisyan təyinatdan əvvəl mütəmadi olaraq ABŞ Dövlət Departamentinə və FTB-yə islahatların gedişi barədə məlumat verirdi. Ədliyyə naziri Srbui Qalyan ilk səfərini ABŞ-yə edib. Təhsil nazirliyi də qərbpərəstlərin və sorosçuların əlindədir.

Elə bu komandanın II Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün konkret planları var. Paşinyan isə komandasına bildirib ki, Patriarx istefa verməsə, kilsə əleyhinə etiraz aksiyaları keçirilməli, kilsə nümayəndələri daim anti-dövlət şəxslər kimi təqdim edilməlidir.

Göründüyü kimi, Ermənistanda Qərblə Rusiya qarşıdurması hələ davam edir. Ehtimal etmək olar ki, bundan sonrakı proseslərdə də çox insan həbs ediləcək. Hədəflərdən biri də keçmiş baş nazir Karen Karapetyandır. Bu şəxs Ermənistanda xüsusi nüfuza malikdir və Rusiya ilə əlaqəli şəxs hesab edilir. O, Paşinyan hakimiyyəti üçün təhlükə hesab edildiyi üçün yaxın vaxtlarda barəsində cinayət işinin açılacağı istisna edilmir.

Müəllif: Kamil Məmmədov

Mənbə: Report.az

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
Hamısı