Paşinyan keşişlərin qapısını döyür:

Region 11:23 27.06.2025

Ermənistanda siyasi və dini dairələrdə gərginlik daha da dərinləşir.

“EDnews” xəbər verir ki, bu dəfə hədəfdə sıravi keşişlər yox, erməni kilsəsinin yüksək rütbəli ruhaniləri – arxiyepiskoplar dayanır. Son məlumatlara görə, hüquq-mühafizə orqanları tanınmış dini lider, Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahında xüsusi əməliyyat keçiriblər.

Məlumatı Ermənistanın məşhur Telegram kanallarından biri – @bagramyan26 yayıb. Kanalın bildirdiyinə görə, hüquq-mühafizə orqanları Acapaxyanın yaşadığı binaya daxil olub və əməliyyat tədbirləri həyata keçirib. Rəsmi qurumlardan isə hələlik bu haqda açıqlama verilməyib.

Mikael Acapaxyan kimdir?

“EDnews”  bildirir ki, Mikael Acapaxyan – 1963–1964-cü illərdə anadan olmuş, hazırda 61 yaşında olan nüfuzlu erməni ruhani rəhbəridir. O, Ermənistan Apostol Kilsəsinin Şirak bölgəsinə rəhbərlik edir və “arxiyepiskop” rütbəsi daşıyır. Acapaxyan Paşinyana münasibətdə sərt çıxışları ilə seçilir. O, Kilsənin dövlətə qarşı müqavimət göstərdiyi dövrlərdə dəfələrlə ön plana çıxmış, Paşinyan hakimiyyətini tənqid etmişdir.

Erməni qanunlarına görə, din xadimlərinin siyasi və ya hüquqi toxunulmazlığı yoxdur. Keçirilən əməliyyat göstərir ki, artıq Ermənistanın güc strukturları “kilsəyə toxunmaq olmaz” stereotipini dağıtmağa başlayıb. Bu isə cəmiyyətin müxtəlif təbəqələrində rezonans doğurur.

Xatırladaq ki, İrəvanda artıq bir neçə aydır “kilsəyə qarşı təzyiq kampaniyası” mövcuddur. Müxtəlif din xadimləri barəsində istintaqlar aparılır, bəzi keşişlərə qarşı cinayət işi açılıb, onlardan bəziləri həbs olunub. Proses artıq sadə ruhani şəxsləri deyil, erməni kilsəsinin “generalları” sayılan arxiyepiskopları da əhatə edir.

Acapaxyanın iqamətgahında keçirilən bu əməliyyat da bu zəncirin növbəti halqası kimi qiymətləndirilir. Məlumdur ki, Paşinyan hakimiyyəti ilə kilsə arasında münasibətlər son dərəcə gərgindir. Kilsənin siyasi bəyanatları, Katolikos II Qarekinlə mübahisələr, Samvel Karapetyanın həbsi və digər hadisələr bu gərginliyin açıq təzahürüdür.

Hələlik əməliyyatın səbəbi açıqlanmasa da, ehtimallara görə bu ya keçmiş bəyanatlara görə Acapaxyana qarşı təzyiq, ya da kilsənin maliyyə fəaliyyətinə dair istintaq çərçivəsində atılmış addım ola bilər. Hər iki halda, bu hadisə Ermənistanın siyasi-iqtisadi sferasında yeni bir böhranın qapısını aça bilər.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Ermənistanda polislə keşişlər arasında dava düşüb
13:20 27.06.2025
Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Hamısı