Yekaterinburq hadisəsi Rusiyanın milli siyasətinin göstəricisi kimi

Analitika 17:03 28.06.2025

Yekaterinburqda azərbaycanlılara qarşı heç bir səbəb olmadan əməliyyat keçirilməsi, iki nəfərin öldürülüb, bir çoxunun saxlanılması və işgəncələrə məruz qalması şok bir xəbər kimi yayıldı. Bu hadisə Azərbaycan cəmiyyətində haqlı qəzəblə qarşılandı.

Ukrayna bataqlığında çabalamaq, dünyanın yarısından çoxu ilə düşmən olmaq, saysız-hesabsız sanksiyalarla üz-üzə qalmaq Rusiyanın daxilində güc strukturlarının qeyri-adekvat addımlar atmasına səbəb olur.

1945-ci ildə faşist Almaniyasının kapitulyasiyası üçün Berlinin sovet qoşunları tərəfindən tutulmasını əldə bayraq edən Rusiya cəmiyyəti son illərdə əsası olmayan “lazım olsa, təkrar edərik” şüarını aktuallaşdırıb. Amma 2022-ci ildə Ukraynaya hücumdan sonra "lazım olsa, təkrar etmək” istəyən “qəhrəmanlar” dezertirlərə çevrildilər. Ukrayna müqavimət təşkil edərək işğalçılara qarşı effektiv mübarizə aparır.

Rusiya cəmiyyəti müharibəyə yalnız müqavilə əsasında vuruşmaq istəyənlərin cəlb olunmasını tələb etdi. Rusiyada qismən səfərbərlik elanını isə daha çox bu dövlətlə quru sərhədləri açıq olan ölkələr hiss etdilər. 2008-ci ildə Gürcüstanın sərhədini tanklarla keçənlər 2022-23-cü illərdə öz avtomobilləri ilə həmin sərhəddə dayanıb sığınacaq üçün yalvardılar.

150 milyona yaxın əhalisi olan ölkə 50 milyonluq Ukrayna ilə müharibə üçün insan resurslarında qıtlıq hiss etməyə başladı və müharibəyə məhkumları cəlb etdi. “Vaqner” və Evqeni Priqojinin üsyanından sonra isə Rusiya məmurları bu praktikadan əl çəkib üz tutdular ölkəyə gələn miqrantlara. Vətəndaşlığın alınmasını maksimum çətinləşdirən ölkədə miqrantlara müharibədə iştirak müqabilində asanlaşdırılmış vətəndaşlıq prosedurları söz verdilər.

 Heç kimə sirr deyil ki, hazırda "Böyük Rusiya" ideologiyası uğrunda həlak olan onminlərlə insan Orta Asiya respublikaları, Şimali Koreya vətəndaşlarıdır. “Lazım olsa, təkrar edərik” deyənlər isə rahatca divanlarında oturub Romanovlar Rusiyasının sərhədlərinin bərpasından dəm vururlar, miqrantların ikinci dərəcəli insanlar olduğu barədə sosial şəbəkə hesablarında fikirlər paylaşırlar, "velikorus" şovinizminin tezislərini təkrar edirlər.

Ən acınacaqlısı isə bu təfəkkürün ayrı-ayrı vətəndaşlar arasında deyil, hakimiyyət strukturlarından, yüksək vəzifə sahiblərindən qaynaqlanmasıdır.

Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin mayın 20-də Peterburqda beynəlxalq hüquq forumunda çıxış edərkən bildirib ki, hüquq-mühafizə orqanları Ukrayna ilə müharibəyə Rusiya pasportu almış 20 min miqrantı tutub aparıblar.

“Biz DİN və Rosqvardiya ilə mütəmadi reydlər keçiririk. Nə üçünsə Özbəkistan, Tacikistan, Qırğızıstanda yaşamağı xoşlamayan 20 min gənc artıq ön cəbhədədir”, - Bastrıkin deyib.

Bu, təkcə müharibəyə məcburi aparılanların statistikasıdır. Bunun üzərinə aldadılıb, şantaj edilib və digər məcburi üsullarla müharibəyə aparılan onminlərlə miqrantı da gəlsək, statistikanın daha dəhşətli olduğunu görərik.

Elə Yekaterinburqda baş verən hadisələrin də bu kontekstdə cərəyan etməsi artıq şübhə doğurmur. Belə anlaşılır ki, Rusiya pasportu alan qeyri-rus millətin nümayəndələri ya cəbhənin ön xəttinə gedib ölümlə üzləşməli, ya da törətmədiyi cinayətdə təqsirli bilinib, ömrünün çox hissəsini zindanda keçirməlidir.

Keçmiş SSRİ-nin dünyada tutduğu mövqeyə sahib olmaq istəyən, amma bu yerin ona verilmədiyini görən Rusiya qisasını qonşu dövlətlərdən almaqla özünün natamamlıq kompleksini kompensasiya etmək istəyir. AZAL-a məxsus təyyarənin Qroznı üzərində vurulmasına görə Rusiya tərəfinin hələ də üzr istəməməsi bu ehtimalı təsdiqləyir. Burada məsələ təkcə Rusiyanın maddi kompensasiyasında deyil. Görünən budur ki, oradakı bəzi başlar, ümumiyyətlə, Rusiyanın üzr istəməsini aşağılanmaq kimi qəbul edirlər.

 Azərbaycanın bu məsələdə israrla öz haqlı mövqeyini qoruması isə qarşı tərəfdən qeyri-adekvat, qanunazidd addımların atılmasına gətirdi. Həştərxana dəvət olunan Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması, Azərbaycanın böyük media holdinqi “Global Media Group”a daxil olan informasiya resurslarına haker hücumunun məhz Rusiyaya bağlı qrup tərəfindən təşkil edilməsi buna sübutdur.

Və bütün bunların fonunda indi də Rusiyada azərbaycanlılara qarşı güc strukturlarının cinayət tərkibli hərəkətləri kimlərinsə artıq sərhədləri keçdiyini göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyi artıq hadisəyə reaksiya verib və məsələnin ciddi araşdırılmasını tələb edib.

İyunun 28-də Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılaraq ona həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydlərlə bağlı kəskin etiraz bildirilib.

Həmçinin, məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Ola bilər ki, Rusiya tərəfi bu hadisəyə də təyyarə ilə bağlı reaksiyaya bənzər münasibət bildirsin, yəni, sussun. Amma Azərbaycan tərəfinin susmayacağı şübhə doğurmur.

Bakıda quyuya düşdüyü deyilən gənclə bağlı şok detallar üzə çıxdı -Quyunun qapağı açıq deyilmiş

Xəbər xətti

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirildi
22:06 28.06.2025
Zelenski Trampla son görüşdən razı qalıb
21:50 28.06.2025
İsrailin İrana hava zərbələri nəticəsində ölən jurnalistlərin adları açıqlandı
21:35 28.06.2025
"Barselona" Messiyə olan borcunu indi qaytarır
21:19 28.06.2025
Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür
21:04 28.06.2025
Fransada Killerlər üçün mobil proqram yaradıldı
20:51 28.06.2025
"Google"un Rusiyadakı borcu 27,2 milyardı keçdi
20:28 28.06.2025
"Həmin müğənnilər oğrularla əlbirdir"
20:04 28.06.2025
Bakıda quyuya düşdüyü deyilən gənclə bağlı şok detallar üzə çıxdı -Quyunun qapağı açıq deyilmiş
19:53 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:47 28.06.2025
Çin nüvə arsenalını kamuflyajla gizlədir: nadir DF-41 görüntüləri yayıldı
19:26 28.06.2025
Ter Ştegen "Barselona" qarşısında şərt qoydu
19:09 28.06.2025
Dövlətin himyəsində yaşayan qoca və uşaqların sayı açıqlandı
18:50 28.06.2025
"Azərbaycan tərəfinə lazımi izahat verilib" -Mariya Zaxarova
18:44 28.06.2025
Ombudsman azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya tərəfinə məktub ünvanlayıb
18:41 28.06.2025
Ukrayna Rusiyanın 3 helikopterini məhv edib
18:38 28.06.2025
Türkiyədə daş karxanasında uçqun baş verib
18:25 28.06.2025
Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı
18:18 28.06.2025
"Real" Almaniya millisinin hücumçusunu transfer etmək istəyir
18:08 28.06.2025
"Həyatımın ən böyük səhvini etdim" -Şahzadə Harri danışdı
17:45 28.06.2025
"Milan" iki futbolçusu ilə yolları ayıracaq
17:20 28.06.2025
Yekaterinburq hadisəsi Rusiyanın milli siyasətinin göstəricisi kimi
17:03 28.06.2025
Azərbaycan Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 5 dəfə artırıb
16:37 28.06.2025
Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasına üzv seçilib
16:16 28.06.2025
"AnewZ" telekanalı Şuşanın turizm potensialı haqqında süjet hazırlayıb
15:51 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:33 28.06.2025
"İnadcıl qatır, böyük səhv edən axmaq..." Tramp-Pauel gərginliyi böyüyür
14:57 28.06.2025
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib
14:39 28.06.2025
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərəcək
14:08 28.06.2025
Sosial Ədalətin Qlobal Siması Məhəmməd Yunus-85
13:52 28.06.2025
Pakistanda partlayış baş verib
13:39 28.06.2025
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı
13:28 28.06.2025
Rusiyada yaxın qohumları öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız təzyiq altındadır
13:07 28.06.2025
İranın səfirinin təhrifəri təəccüb və qəzəb doğurur -XİN
12:36 28.06.2025
"ABŞ İranla razılaşmağa çalışır"
12:13 28.06.2025
Rusiya DİN azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə məlumat yaydı
11:54 28.06.2025
Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
10:41 28.06.2025
Polşa Prezidenti qəfil Kiyevə gedib
09:45 28.06.2025
Qulaq çöpü qulağa zərər verə bilər
09:31 28.06.2025
" Türkiyədə 7 bal gücündə zəlzələ olacaq" -Seysmoloq xəbərdarlıq etdi
08:55 28.06.2025
Hamısı