Amerikanın "Google LLC" şirkətinin Rusiyadakı borcu fevral ayından 27,2 milyard rubla (təxminən 300 milyon dollar) yüksəlib.
“EDnews” xəbər verir ki, 2025-ci ilin fevral ayında borc 21,5 milyard rubldan (təxminən 236 milyon dollar) çox idi, lakin o vaxtdan bəri Rusiya Federasiyasında İT korporasiyasına qarşı 11 icra prosesi başlanılıb və buna görə də məbləğ artıb.
Xatırladaq ki, 2021-ci ilin sonunda "Google" Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 5-ci hissəsinin (“Məlumat əldə etmənin məhdudlaşdırılması prosedurunun pozulması”) tətbiq edildiyi və 7,2 milyard rubl (təxminən 80 milyon dollar) məbləğində cərimə tətbiq olunduğu ilk şirkət olub.