İsrailin iyunun 13-də İrana qarşı başlayan və 12 gün davam edən hava zərbələri nəticəsində doqquz iranlı jurnalist ölüb.
“EDnews” xəbər verir ki, həyatını itirən jurnalistlər arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin qızı Fereşte Baqiri də var.
Bildirilir ki, İsrailin iyunun 16-da İran Dövlət Televiziya və Radio Şirkətinin binasına hava zərbəsi zamanı iki jurnalist ölüb.
Ölən doqquz jurnalist:
Fereşte Baqiri
İhsan Zakiri
Əli Təhmasebi
Muin Nəzəri
Ramazan Əli Çubdari
Əmir Hüseyn Tavusi
Məhəmməd Cavad Elvendi
Məsum Əzimi
Nima Rəcəbbur