Terror təşkilatının "diplomatik mübarizəsi" nə deməkdir?

Analitika 16:04 17.02.2025

Fevralın 13-də PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatının de-fakto lideri Cəmil Bayıkın verdiyi açıqlamadan sonra, Suriya Demokratik Qüvvələrinin lideri, Türkiyə Daxili İşlər Nazirliyi və İnterpol tərəfindən axtarışda olan Məzlum Kobani də bənzər açıqlama ilə çıxış edib. Belə ki, hər iki terrorçu Abdullah Öcalanın silahı yerə qoymaq çağırışının əhəmiyyətindən danışıb. Cəmil Bayık Öcalanın kürd məsələsini müharibə zəminindən demokratikləşmə zəmininə çıxarmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirib və hər kəsin bu prosesə dəstək verməsinin zərurətini vurğulayıb. Qeyd edək ki, PKK-nın qurucusu Abdullah Öcalan həbsdən azad olunacağı təqdirdə PKK və YPG-nin silahı yerə qoyub, dinc mübarizə aparacağını deyib.

Nəzərə alsaq ki, Suriyada dəyişən konyunktura PKK-YPG-nin mövcudluğunu onsuz da sual altında saxlayır, Türkiyənin Suriya və PKK ilə bağlı strategiyalarını da yenidən formalaşdırır. Çünki Əsəd rejimi devriləndən sonra yeni Əhməd əş-Şaara hökuməti Suriyada PKK və YPG-nin təsirini azaldıb. Bu da Öcalanın çağırışına zəmin yaradır və ola bilər ki, terrorçular mövcud vəziyyətdən daha az itki ilə çıxmaq istəyirlər.

Bəs bu proses nə qədər uğurlu ola bilər? PKK-nın demokratik yolla fəaliyyəti nə anlama gəlir və bu, mümkündürmü? Habelə Türkiyə bu prosesdə arzuolunan nəticəyə nail olsa, təkcə PKK-nın deyil, Yaxın Şərqdəki digər problemlərin də öhdəsindən gələ biləcək?

Mövzunu Oxu.Az-a dəyərləndirən Türkiyənin "Yeni Akit" qəzetinin Ankara bürosunun xəbərlər departamentinin rəhbəri Muhammet Kutlu bildirib ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 15 oktyabr 2024-cü il tarixində irəli sürdüyü və hər kəsi təəccübləndirən təklifi bu günlərdə Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyətinin təşkil etdiyi ziyarətlərlə reallaşmış vəziyyətdədir:

"DEM Partiya heyəti əvvəlcə İmralı adasında cəzasını çəkməkdə olan terror təşkilatı PKK-nın qurucusu Abdullah Öcalanı ziyarət etdi. Bu ziyarətdə Öcalan Baxçalının çağırışına son dərəcə müsbət yanaşma nümayiş etdirdi və PKK-nın silahı yerə qoyması üçün üzərinə düşən vəzifəni yerinə yetirə biləcək təsirdə olduğunu söylədi. Hakim Ədalət və İnkişaf Partiyası daxil bütün partiyalarla geniş müzakirələr aparıldı, prosesin vaxt itirmədən həyata keçirilməsi istiqamətində mesajlar verildi. DEM Partiyasının İmralı heyəti son olaraq dünən Şimali İraqda Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Barzani ilə görüşdü və prosesin uğurlu olması üçün səylərin artırılmasının zərurəti vurğulandı".

"Lakin Ankarada - siyasi elitada DEM Partiyasının prosesə mane olması ilə bağlı iddialar da irəli sürülür. Digər tərəfdən, DEM Partiyası və PKK tərəfdarı olan dairələr ilk uğursuz prosesdə olduğu kimi, bu dəfə də Türkiyə Konstitusiyasının dəyişilməsi ilə bağlı şərtlər irəli sürmək istəyirlər. Lakin Baxçalının təklifi Türkiyənin nəinki terror təşkilatı və tərəfdaşları ilə bir masaya oturmasını gündəmə gətirir, əksinə, Türkiyədəki terrorçuların sayının tamamilə azalması, terror təşkilatının ləğvi və bir daha bu cür separatçı fəaliyyətə cəhd edilməməsi ilə bağlıdır. PKK və DEM Partiya bu prosesi qəsdən yubatsalar, əllərinə keçən son tarixi fürsəti də qaçırmış olacaqlar", - deyə müsahibimiz əlavə edib.

Onun sözlərinə görə, hər şeydən əvvəl Dövlət Baxçalının bu təklifi İsrailin Qəzzada hücumlarını artırdığı, Livanın cənubuna yeni hücumlar təşkil etdiyi və Türkiyə ilə qarşıdurma ehtimalının artdığı bir dövrdə ölkəmizin daxili bütövlüyünü, birliyini təmin etmək məqsədi daşıyır:

"Əks halda, Türkiyə və PKK-nın bərabərhüquqlu tərəf kimi danışıqlar masasına oturmasından söhbət gedə bilməz".

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
Hamısı