İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Əl-Mansuri şəhərində “Hizbullah” təşkilatına aid hərbi obyektlərə azı beş zərbə endirib.
EDnews xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Qeyd olunub ki, bombardmanlara sakinlər tərəfindən tərk edilmiş bir neçə ev də məruz qalıb.







